bal ayi

Bal ayı haqqında ipucları

Baxış sayı: 2. 095

Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. “Gencaile.az” “Foxy.az”-a istinadən bal ayı haqqında ipuclarını təqdim edir.

Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə? Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir.

Amma təəssüf ki, çox cütlük bal ayına elə də önəm vermir. Müxtəlif səbəblər cütlüklərin bal ayını ciddi qəbul etməmələri üçün əsas ola bilər. Burada əsas amil əgər yeni evlilər işləyirlərsə iş yerlərində onlar üçün yaranan problem ola bilər. Digər amil isə toy və toya qədər olan xərclərin çoxluğudur ki, bu da, onlara bal ayı haqlarından istifadə etməyə imkan vermir. Və nəticədə bal ayı təxirə salınır. Bunu bilin ki, təxirə salınmış bal ayı sonradan əhəmiyyətini itirir.

Bal ayının 2 əsas xüsusiyyəti var: yeni evli cütlüyün başbaşa qala biləcəyi zaman kəsiyidir və toydan sonra mütləq tez bir zamanda gedilməlidir. Əgər evləndikdən bir neçə ay sonra bal ayına getsəniz o bal ayı yox, sadəcə tətil olacaq.

Evləndikdən sonra bal ayının ciddiyətini anlayın. Toy xərclərinə qənaət edin, nə edirsiniz edin, bir yolla bal ayı üçün kənara az da olsa pul qoyun. Bunun üçün böyük məbləğ lazım deyil. İş çox, büdcə də azdırsa mütləq həftə sonu iki günlüyünə də olsa şəhərdən kənara çıxın və başbaşa qalın. Bu işinizə çox yarayacaq və bal ayı sizi depressiv, stressli vəziyyətdən azad edərək xoşbəxtliyinizə səbəb olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir