Sol əlinizi uzadın və barmaqlarınızın şəkildəki A, B və ya C fiqurlarından hansına uyğun gəldiyini müəyyən edin.
“Gencaile.az” Publika.az-a istinadən barmaqlar haqqında maraqlı testi təqdim edir.
Barmaqlarınız A variantına uyğun gəlirsə
Bu insanlar sehrləyici, sosial, fəal, praqmatik və ünsiyyətə açıq olur. Onlar çox çətin insandır və problemləri mükəmməl şəkildə həll etməyə qadirdir. Şəfqətlidir, amma bunu heç vaxt hiss etdirməzlər. Bu cür əllərə sahib insanlar əsasən alim, mühəndis, hərbçi və ya strateji analitik olur.
Barmaqlarınız B variantına uyğun gəlirsə
Bu insanların özünə olan inamı çox yüksəkdir. Hətta bəzən özünə inam həddi aşır. Bu adamlar həyatda öz zəhmətləri hesabına yüksəlmək istəyir, qarşısına qoyduğu məqsədə nail olmaq üçün fədakarcasına çalışır. Tənqidi sevmir, tərifi isə çox xoşlayırlar.
Barmaqlarınız C varinatına uyğun gəlirsə
Sülhsevər, davadan uzaq, yaxşı təşkilatçı, əvəzini gözləməyən fədakar və ən əsası sadiq insan olurlar.