baki

Bütün bunlar ancaq AZƏRBAYCANDA var

Baxış sayı: 1. 418

Bunlardan bəziləri Bakını bizim üçün əvəzedilməz, bəziləri isə hərdən lap dözülməz edir.

Zavod çörəyi

Zavod Çörəyi

Bakının zavod çörəyi dediyimiz çörək növünün həqiqətən də çox xüsusi ləzzəti var. Hər gün yediyimiz üçün adiləşsə də, bir az uzaqlaşan kimi dadı üçün ən çox darıxdığımız şeylərdəndir. Əvvəllər rayonlarda zavod çörəyinin çox çətin tapıldığı vaxtlarda isə Bakıdan rayona gedənlər mütləq zavod çörəyi gətirmələri üçün evdəkilərdən “sifariş” də alırdılar.

“Kartoşka” olmadıqlarını dilə gətirən sərnişinlər…

İşdən çıxandan sonra və ya işə gedəndə – Bakı nəqliyyatının ən qarışıq saatları sizi bir maraqlı cümləni eşitməyə vadar edəcək. “Yarışa çıxan” avtobus sürücüsünə etiraz bildirməyin ən klassik yolu: “Kartoşka daşımırsan, adam daşıyırsan, bir az yavaş sür!” cümləsidir.

Ofisiantla doğmalaşmaq

Ofisiantla doğmalaşmaq

Ofisianta “qaqaş” deyə müraciət edildiyi başqa bir şəhər tapa bilməzsiniz. Bir neçə dəqiqə içində baş verən bu doğmalaşmanın sonu isə adətən belə qurtarır – “Qaqaş, özün məsləhət bildiyin bir şey gətir, yeyək-içək.”

“Pulunu verdim, düşərsən!”

Buna avtobuslarımızın klassikası da deyə bilərik. Bəzən dəqiqələrlə 20 qəpiyi vermək üstündə “dəhşətli” savaş, əl-qol hərəkətlərinin də daxil olduğu böyük mübarizə başlayır. Sonda qalib gələn tərəf isə 20 qəpiyi verib, böyük qələbə hissi ilə avtobusdan düşür.

“Sənin üçün 50 manata!”

Bizim satıcılarımızın da özünəməxsus fəndləri var. Bakıdan başqa heç yerdə bu dialoqu eşidə bilməzsiniz:

“- Paltar neçəyədir?

– Hamı üçün 100 manatdı, sənin üçün 50 manat. Axırıncı maldır deyə, mayasından da aşağı verirəm!”

Bura zibil atanın…

Bura Zibil atanın...

Bu sözlərdən sonra müxtəlif qarğış və söyüşlər görmək mümkündür. Zibillərin atılmalı olmadığı yerə zibil atanların heç cür öhdəsindən gəlməyən insanların son ümidləri də bu sözləri yazmaqla ölür. Nəticədə adətən həmişə bu yazının yazıldığı yerlərdə zibil olduğunu görürük.

“Qapını burax!”

Metroda mütləq qapını tutub-saxlayan bir “ağıllı” olmalıdır – özü də ən pik saatlarda. Elə məhz bu vaxt da sizi qaranlıq dəhliz boşluqlarında dəmir qatarlarla şütüməyə kömək edən sirli maşinistin qəzəbli səsini eşidirsiniz. “Ay …….., qapını burax!”

Bakı bizim uşaqlığımızdır!

Bakı bizim uşaqlığımızdır!

Bakı hər nə qədər son illərdə dəyişsə də, bizim üçün uşaqlığımızın ən böyük xatirəsi olaraq qalacaqdır. Buna görə də dünyanın harasına getsək də, uşaqlığımızın keçdiyi Bakının doğmalığı da bütün mənfi və müsbətləri nəzərə almadan da, daima yanımızda qalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir