Güzəştlə mənzil əldə etmək hüququna malik olanlar sırasına müəyyən edilmiş kateqoriyalar üzrə gənc ailənin üzvü olan şəxslər də daxildir.
Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) mətbuat xidmətindən verilən məlumata görə, “Gənclər siyasəti haqqında” qanuna əsasən, gənc ailə dedikdə yaşı 16-dan 35-dək olan gənclərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur.
Yəni bu kateqoriyaya daxil olan gənc ailələr güzəştli sosial ev almaq hüququna malik olacaqlar.
Evim yox xayiş menede ev verim
Salam veten muharibesi istirakcilarinada yaradilsin bu furset. Pulsuz istemirik guzest isteyirik