AİLE

Ailədə uşaq qadın-kişi münasibətlərinə necə təsir edir? – ARAŞDIRMA

Baxış sayı: 2. 525

Araşdırmaya görə, uşaq qadın-kişi münasibətlərinə təsir edərək sevgini azaldır. Xalq arasında evliliyi gücləndirdiyi deyilən övlad həqiqətənmi ər-arvad arasındakı sevgini öldürür?

“Gencaile.az”-ın Aile.lent.az-a istinadən məlumatına əsasən, aparılan son araşdırmalar uşağın kişi-qadın münasibətlərinə təsir etdiyini ortaya çıxarıb. Daha da pisi odur ki, araşdırmalara görə, sevgi axır-əvvəl “uçub gedir” və cütlük vərdişlər, məsuliyyət duyğusu, ətrafın təzyiqi ilə evliliyini sürdürməyə davam edir.

14,5 illik araşdırmanın detalları

Xalq arasındakı “uşaq sevgini öldürür” ifadəsini təsdiqləyən araşdırma İsraildəki Bar İlan Universitetində aparılıb.

Araşdırmanın detallarına gəlincə, əvvəl-əvvəl evlilikdən duyulan məmnunluq hissi birinci uşağın doğuşundan etibarən azalır və illər ərzində azalmağa davam edir. Uşaqlar yeniyetməlik həddinə gəldiyində ən aşağı səviyyəyə çatır. Uşaq sayı nə qədər çoxdursa, evlilikdən duyulan məmnuniyyət də o qədər azalır. Yenə də evliliklərindən məmnun olmasalar da, bu cütlüklər boşanmır. Evlilikdən duyulan məmnuniyyətsizliyin ayrılıqla bağlı təsirinin olmadığı deyilir.

Uşaq hər nə qədər evliliyə məna və şənlik qatmış olsa da, cütlüklərin bir-birinə bağlanmasına vəsilə olacaq işləri görmələrinə imkan vermirlər. Valideynlərin üzərinə artan stress, məsuliyyətlər yükləyir, onlar arasında ata-ana olmaqla bağlı mübahisələr çox yaşanır.

Maddi sıxıntılar, gündəlik görülən işlərin bir rejimə dönüşməsi, uşaqları ora-bura aparmaq cütlüklər arasında münasibətin cazibəsini və işığını olduqca azaldır. Cütlüklər hətta cinsi həyatı müzakirə etməyə belə, imkan tapmırlar, çünki çox yorğun olurlar. Buna görə də diqqət yetirilməzsə, uşaq olduqdan sonra böyüyənə qədər sevginin həcmi olduqca azalır.

Bu illərdə valideynlərin yaxşı ana-ata olmaq üçün ortaq bir məqsəd ətrafında toplaşması, uşağın uğurlarından qürur duyması və övladının sosial, akademik, idman fəaliyyətlərinə qatılmaları onlara yeni dostlar qurmaq və özlərini xoşbəxt hiss etmək üçün fərqli alternativlər təqdim edir.

Uşaqlar evdə olmayanda…

Araşdırmanın digər detalında qeyd olunub ki, uşaq evdə olmayanda cütlüklər yenidən aralarında yaxınlıq və səmimi hissləri bərpa edə bilərlər.

Eşq qığılcımını necə canlı tuta bilərik?

Fədakarlıq: Kiçik, ya böyük bir şey, fərqi yoxdur. Sevdiyinizə qarşı düşüncəli olmaq, yardım etmək, gündəlik işlərdən sizin payınıza düşəni etmək və lazım gəldiyində sevdiyinizin sıxıldığı bir anda onun rahat nəfəs alması üçün bir addım atmaq.

Müsbət düşünmək: Müntəzəm şəkildə sevdiyinizə sevgi və tərifləyici duyğularınızı ifadə etmək.

Bağlanmaq: Sevdiyinizin həssas olduğu bir dövrdə onda sizə güvənə biləcəyi duyğusunu oyadaraq, ona verdiyiniz dəyəri hiss etdirmək.

Özünü inkişaf etdirmək: Yeni fəaliyyətlə məşğul olmasına yardımçı olmaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir