qidalar

Bu qidaları birlikdə yemək İNSANIN ÖMRÜNÜ UZADIR

Baxış sayı: 2. 125

“Gencaile.az” “Publika.az”-a istinadən birlikdə yeyilən zaman orqanizminizə müsbət təsir göstərəcək qidaları təqdim edir:

Alma və şokolad

Damaq dadımız buna alışmasa da, sınamaqda fayda var. Alma və şokoladı birlikdə yemək immunitet sistemini qüvvətləndirir, zehini açır, ürək və damarların fəaliyyətini yaxşılaşdırır, habelə xərçəng riskini azaldır.

Yulaf və təzə sıxılmış portağal suyu

Yulaf və portağal zəngin fenol qaynaqlarıdır. Bu, həzm sisteminizi yaxşılaşdırıb toksinlərdən daha təsirli bir şəkildə təmizlənməyə kömək edir.

Pomidor və ciyər

Dəmir çatışmazlığı xroniki yorğunluğa, ürək və damar yollarında problemlərə yol aça bilər. Amma ciyərdə dəmir (C) vitamini olmadan asan həzm olunmur. Buna görə içində askorbin turşusu saxlayan pomidoru ciyərlə birlikdə yesəniz bu problem aradan qalxar.

Cəfəri və limon

Cəfərini limonla qarışdırıb yeyən zaman bu, C vitamininin qana daha asan qarışmasına köməkçi olur. C vitamini maddələr mübadiləsi və immunitet sisteminin yaxşı işləməsi üçün lazımlı bir vasitədir.

Tərəvəz və qatıq

Təbii ki, şəkərsiz və qatqı maddəsi olmayan təmiz qatıqdan söhbət gedir. Bu cür qatıqlar kalsium yüklü olub mədə funksiyalarını yaxşılaşdırır. Kərəviz və ya kök kimi tərəvəzlərlə birlikdə yeyildiyində sizin üçün müdhiş bir vitamin anbarı halına gələcək. Tərəvəzlərin içində olan liflər kalsiumun həzm edilməsinə köməkçi olur.

Avokado və ispanaq

İspanaq A vitamini və rübab mənbəyidir. Bu qidaların avokadoda olan sağlam yağlarla birlikdə istehlak edilməsi həzm sisteminizə çox köməkçi olacaq.

Yaşıl Çay və limon

Pomidorda olan likopen ürək və damarların fəaliyyətini yaxşılaşdırarkən eyni zamanda, damar tıxanıqlığının və şiş meydana gəlməsinin qarşısını alır. Pomidor zeytun yağı ilə birlikdə yeyiləndə bu, həzmi asanlaşdırır. Habelə likopen erkən yaşlanmanın qarşısını alır.

Ət və rozmarin

Qırmızı ət zülal qaynağıdır. Diyetoloqlar ətin soyutma halında yeyilməsini məsləhət görür. Çünki ətin qızardılması kanserogen tərkibin meydana gəlməsinə yol aça bilər. Amma bu problemin qarşısını əti bişirmədən əvvəl rozmarinlə yaxşıca ovaraq ala bilərsiniz.

Ümumi nəticə etibarilə bu qidalar insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsini təmin edərək, tez yaşlanmanın qarşısını alır. Başqa sözlə, insana ömrünü uzadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir