Avtomobil sektoru illərdir həyəcan verici dizaynlarla insanların diqqət mərkəzindədir. Yana açılan qapılar, nəhəng təkərlər, böyük şüşələr və s. Ancaq bəzi dizaynlar var ki insan həqiqətən heyrətə gəlir. “Gencaile.az” saytı 2016-ci ildə sərgiyə çıxarılan ən maraqlı avtomobil dizaynlarını təqdim edir:
1. Rolls Royce
Lüks markanın son dizaynı Rolls-Royce Vision 100 hər bir şeyi ilə gələcəkdən gəlmiş avtomobillərə bənzəyir və Futuristik bir dizaynla maraq çəkir. Avtomobilin içində iki adamın yan yana rahatca otura biləcəyi bir kreslo və televizor da var.
2. Toyota
Yapon avtomobil nəhəngi, elektriklə çalışan konsepsiyasını tanıdaraq diqqət çəkdi. Avtomobilin içi modulyar şəkildə düzəldilib və salonu fərqli dizaynlara transfer etmək mümkündür.
3. Faraday Future
Bu avtomobil yanvar ayında ABŞ-da təşkil edilən İstehlakçı Elektronika Sərgisində nümayiş etdirildi və Batmobile kimi diqqət çəkdi. Avtomobilin ardıcıl istehsala keçməsi gözlənilmir.
Avtomobil 45 dərəcəlik bir kresloya və yarış avtomobillərini xatırladan sükandan ibarət salona sahibdir.
4. McLaren 675LT JVCKenwood
McLaren 675LT JVCKenwoodun sükanı normal avtomobil sükanlarından çox oyun joystiklərinə bənzəyir. Yan şüşələrində yolu çəkib yaddaşda saxlayan kameralar var.
5. Audi
Audinin son dizaynı yanında xizək və ya velosipedlərini daşımaq istəyənlər üçün açılıb bağlanan bir panel xüsusiyyətinə malik olacaq.
6. Toyota
Kənardan baxanda köhnə avtomobillərə bənzəyən bu dizayn 2016-cı ilin aprel ayında sərgiyə çıxıb. Avtomobil 86 ədəd əl istehsalı panelin sayəsində meydana gəlib.
7. Jeep
1960 Jeep FC 150 modeli köhnə və yeni avtomobil dizaynlarının vəhdəti kimi görsənir. Ancaq yeni modelin möhtəşəm uzun yol dözümlülüyü var.