“Gencaile.az dadı damağınızda qalacaq fərqli ləzzət təqdim edir.
Tərkibindəkilər:
Yarım kilo qırmızı ət
4 xırda soğan
2 xörək qaşığı tomat
100 qr yağ
1 stəkan qaynamış noxud
Duz
İstiot
5-6 stəkan isti su
Bulğur küftəsi üçün:
1 stəkan bulğur
200 qr qiymə
1 ədəd yumurta
1 xörək qaşığı tomat
Duz
İstiot
Hazırlanması:
Bulğur küftəsi üçün bulğurun içinə qarışdıraraq isti su əlavə edin və ağzını örtüb 30 dəqiqə elə saxlayın.
Daha sonra qiyməni, tomatı, yumurtanı, duzu, istiotu əlavə edib yaxşıca qarışdırın.
Hazırlanmış qarışımdan balaca toplar hazırlayıb una batırın.
Qırmızı ətləri nazik xırda şəkildə doğrayıb içinə az su əlavə edin və suyunu çəkənə qədər bişirin.
Suyunu çəkən ətlərin içinə yağı əlavə edib bir az qovurun. Sonra tomatı əlavə edib qovurmağa davam edin. Soğanları, isti suyu da əlavə edib qaynadın.
Daha əvvəl hazırladığınız bulğur küftələrini, qaynamış noxudu, duz və ədviyyatları əlavə edib bişirin.
Nuş olsun!