sevgi

Xoşbəxt ailəsinizmi? – TEST

Baxış sayı: 1. 951

“Gencaile.az” sizə italyan alimlərinin sadə bir testini təqdim edir. Onların fikrincə, yalnız o cütlüklər xoşbəxt hesab edilə bilərlər ki, aşağıdakı əlamətlərdən ən azı 4-ü onların həyatında mövcud olsun:

 

1. Ən azından 2 ümumi məşğuliyyətiniz olmalıdır. Təəccüblənməyin. Bura adətən evdə birgə gördüyünüz işlər, ümumi hobbi və ya eyni filmlərə, proqramlara maraq göstərmək aid edilir.

2. “Səni sevirəm” ifadəsini gündə ən azı 1 dəfə və ya daha artıq söyləmək.
Bu ifadə İtaliyada və ya hansısa bir qərb ölkəsində, hətta sevməsələr belə olduqca tez-tez səslənir, ancaq bizim vətənimizdə isə əksinədir. Əksər ailələrdə fərdlər bir-birilərini sevdiyini dilə gətirmirlər. Halbuki bu, xoşbəxtlik üçün bir amildir.

3. Gündə ən az 3 dəfə biri-birinə toxunmaq. Bura biri-birinin saçlarını oxşamaq, nəqliyyat vasitəsindən düşərkən əlini həyat yoldaşına uzatmaq və əlbəttə ki, əl-ələ tutub gəzmək aid edilir.

4. Ayda ən azı 2 dəfə romantik şam yeməyi. Restorana getmək mütləq deyil, evdə şam işığında bir süfrə başında oturmaq da olar. Əsas odur ki, əhval-ruhiyyə xoş olsun.

5. Kişi qadından 2 yaş və ya daha çox böyükdür.

6. Gün ərzində biri-birinə ən azı 2-3 zəng və ya SMS göndərmək və ya hansısa iş ətrafında söhbət etmək.

7. İldə iki dəfə ailə daxili bayramlar, sürprizlər təşkil etmək.

8. İldə bir neçə dəfə hansısa səfərə, səyahətə çıxmaq. Bura muzeylərə, teatra, qonaqlığa getmək də daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir