- Bəli, elədir – 4 bal
- Bəlkə, elədir, əmin deyiləm – 3 bal
- Məncə elə deyil – 2 bal
- Xeyr elə deyil – 1 bal
Aşağıda gördüyünüz sualları yuxarıdakı variantlardan istifadə edərək cavablandırın. Daha sonra balınızı hesablayıb nəticəyə baxın.
1. Mən hiss edirəm ki, ona güvənə bilərəm.
2. O mənimlə yaxşı davranır.
3. O ancaq mənə məxsusdur.
4. O tanıdığım ən gözəl insandır.
5. Onun üçün hər şey edərəm.
6. Ona bənzəmək istərdim.
7. Mənə pis olanda, onunla paylaşmaq istəyirəm.
8. Məncə biz onla bir-birimizə oxşayırıq.
9. Onun yaxşı olmasından mən cavabdehəm.
10. Adətən, ilk baxışdan hamının ondan xoşu gəlir.
11. O mənə hamıdan daha çox etibar edir.
12. O ağıllı adamdır.
13. Onsuz həyatım çətin olardı.
14. Birlikdə olduğumuz zaman bizim əhvalımız eyni olur.
Testin nəticəsi:
- 14-28 arası: Sevgi bir kənara, hisslərdən danışmaq belə yersizdir.
- 29-42 arası: Xoşbəxtlik tək sevgidə olmur, əsas hörmətdi.
- 43-56 arası: Sizin aranızda həqiqi bir sevgi var.