EV

Daha müasir ev dekorasiyası üçün 4 məsləhət – EVİN İŞİ

Baxış sayı: 1. 674

Evinizdə müasir ab-hava yaratmağa nə deyirsiniz? Üstəlik bunun üçün köklü dəyişikliklərə ehtiyacınız yoxdur. Bir neçə xırda toxunuş evinizin qüsursuz görünməsi üçün bəs edəcək. Bunu etmək istəyirsinizsə, “Gencaile.az” saytının “Evin işi” rubrikasındakı tövsiyələrə əməl edin.

 

Müasir klassik mebellər
Qəribə səslənsə də, bir məkanı yeniləmək üçün atılacaq ilk addım onu zamansız əşyalarla doldurmaqdır. Müasir klassik mebelləri evin ən sevdiyiniz otağında qoruyun.

Dekorunuza metal əşyalar da əlavə edin
Metal toxunuşlar müasir dekorasiyanın əvəzedilməzidir. Mis, ya da qızılı rəngdə metal əşyalar dekorunuzda fərq yaratmanız üçün bəs edəcək. Ən yaxşı nəticə üçün hamısını birdən istifadə edə bilərsiniz.

 

Keçmiş naxışlı parçaları qarışdırın
Keçmişə dair parçaları müasir mebellərlə qarışdırın. Üstəlik bu parçaları almaq elə baha deyil.

İşıqlandırma mütləqdir
Düzgün işıqlandırma sistemi müasir dekorasiya üçün mühüm amildir. Əl işi lampalar, fərqli rəng və şəkildə çil-çıraqlar, heykəl formasında işıqlandırma qurğusu da sizə kömək edəcək.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir