kokelmek

Qadınlar niyə çox kökəlir?

Baxış sayı: 1. 942

Qadınlarda yağ səviyyəsi kişilərə nisbətən daha yüksəkdir və bu da maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Nəticədə isə qadınlar daha asanlıqla kökəlirlər.

Qadınlıq hormonu esterogen artımı nəticəsində omba, qarın bölgəsində yağlanma artımına səbəb olur. Bunun üçün qidalanmaya diqqət edilməlidir. Acarkən deyil, tez-tez qidalanmaq lazımdır. Maddələr mübadiləsinin canlanması üçün saunaya ehtiyac var.

Hər doğuş sonrası alınan və verilən çəkilər maddələr mübadiləsini yavaşladır. Hamiləykən ən az 15 kilo almaq lazımdır. Normal qidalanmaq və 4 ayından etibarən hər gün az da olsa piyada gəzintiyə çıxmaq lazımdır. Süd vermə dövründə südü artırmaq üçün yağlı qidalar deyil, əsasən bol mayeli qidalar, kompot qəbulu düzgündür.

Doğuşdan 3 ay sonra isə piyada yürüşlərə başlamaq lazımdır. Hər zaman ağıldan keçən düşüncələr həyatı şəkilləndirir. Ağlınızdan qəzəb, narahtçılıq, intiqam, haqsızlıq kimi düşüncələr keçirsə, unutmayın, bu düşüncələr bədənə geri dönər. Əgər danışarkən bir şeyi 3 dəfədən artıq deyirsizsə, bu, artıq həmin düşüncələrin təsiridir. Bütün bu mənfi düşüncələr tiroit toxumasının az çalşmasına və bədənin yavaşlayıb çəki almasına səbəb olur.

Qadınlardakı sellülitin səbəbi içində yığılıb qalmış qəzəb və özünü cəzalandırmaqdır. Əgər könlünüzdən həmişə şokolad yemək keçirsə, demək həyatınızda sevgi əskikliyi var. Sevgi versəniz də, sevgi ala bilmirsiz deməli. Bu üzgünlüyümüzü ört basdır etmək üçün şokolad yemək istəyirik. İdmanla yanaşı psixoloji dəstək almaq da məsləhətdir. Pis yemək vərdişlərinizi əvəzləyəcək vərdişlər tapmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir