GEYIM

Qadınlar bənövşəyi rəngdə geyinən kişilərə “yox” demir – ARAŞDIRMA

Baxış sayı: 1. 780

Yuyucu toz istehsalçısı olan Ariel qadınların bəyəndiyi rənglərlə bağlı maraqlı araşdırma aparıb.

Firma 2 min nəfər arasında apardığı rəy sorğusuna əsasən müəyyənləşdirib ki, bənövşəyi rəngdə geyinən kişilərin bir qadın tərəfindən rədd edilmə şansı çox aşağıdır. Belə ki, qadınların 36 faizi kişidə bənövşəyi rəngi sevdiyini deyib. Hətta kişinin təkcə qalstuku bu rəngdədirsə, qadınlarda avtomatik olaraq ona simpatiya yaranır.

28 faiz qadın isə deyib ki, onlar yox cavabı verir. Bu arada sarı rəng qadınların kişidə görmək istəmədiyi rənglər sırasında birinci dayanır.