qadin

Qadınlar haqqında 10 ən yaxşı film

Baxış sayı: 2. 230

Kino tarxinə baxdığımızda kameranın daha çox kişi tərəfli olduğunu görürük, lakin qadının geri planda olmadığı, güclü təmsil edildiyi filmlər də var. Həyatınızın hər bir dövründə mütləq izləməli olduğunuz 10 ən yaxşı filmi sizin üçün sıraladıq.

1. Ev qulluqçusu (The help)

Ev qulluqçusu (The Help) – 2011-ci ildə Teyt Taylorun  rejissorluğu və ssenari müəllifliyilə Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ filmidir. Film dram jandındadır. Filmdə Missisipidə 1963-cü il,  Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya “Skiter” Felanın iki qara dərili qadın – Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter işlədikləri ağ dərililərin ailələrində rasizmə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir. Eugenia Phelan bir gənc qadın olaraq yaxşı təhsil aldığı məktəbdən məzun olub və digər qadınlar kimi evlənib uşaq sahib olmaq yerinə özunə yaxşı karyera qurmaq istəyir. Yazar olmağı qarşısına məqsəd qoyan bu gənc qadın ailəsinin ümidlərini boşa çıxararaq yerli bir qəzetdə köşə yazıları yazmağa başlayır. Ev işləri haqqında yazdıği kiçik köşə yazılarında ən yaxın rəfiqəsinin xidmətçisindən kömək istəyir və uğurlu yazılar yazır.

2. Frida

Salma Hayekin baş rolunu canlandırdığı meksikalı rəssam Frida Kahlonun həyatı haqqında olan bu film 2002-ci ildə iki Oskar mükafatı qazanıb. 18 yaşında Frida ağır avtoqəza keçirir. Qəzadan aldığı travmalar ona həyatının sonuna kimi əziyyət verir. Xəstəxanada müalicəsinin ilkin mərhələsi Kai qardaşlarının yaratdığı dəhşət çərçivəsində, animasiya kimi göstərilir. Atası ağrıların bir az azalması üçün Fridaya şəkil çəkməyə kətan gətirir. Frida tərpənmək imkanı olmadığı üçün xəstəxana yatağında uzanaraq şəkil çəkir. Bu filmdə həmçinin Fridanın əri ilə (Diego Rivera) əlaqələri göstərilir, onun başqa qadınlarla xəyanəti Fridada ərinə qarşı qəzəb hissi yaradır.

3. Hannah Arendt

Hannah hər zaman sərt və dahicəsinə çıxışlar edən bir qadındır. O, Nazı Adolf Eichmannın Qüdsdəki məhkəməsinə qatıldıqdan sonra daha əvvəl kimsənin etmədiyi şəkildə cəsarətli yazılar yazır. Onun yazıları həmişə skandallar yaradır, hər zaman rəqibləri və yoldaşları tərəfindən hücumlara məruz qalır. Bütün bunlara baxmayaraq o, öz yolundan dönmür.

4. Bənövşəyi rəng (The color purple)

1900-cu illərin əvvəllərində güneyli bir qız olan Celie atası tərəfindən tərk edilir. Elə həmin illərdə varlı bir şəxsə satılır. Həyat yoldaşı tərəfindən gördüyü şiddətə baxmayaraq, gənc qadının yeganə təsəllisi balaca bacısı Nettiyə yazdığı məktublardır. Halbuki atası Nettinin yazdığı məktubların ona göndərilməsinə mane olur. Ən sonda isə Celie olduqca güclü qadın olan Sofiya ilə tanış olur və ondan çox şey öyrənir.

5.The North Country

Josey Aimes (Charlize Theron) Sam və Karen adlı iki uşaq anasıdır. Onun ilk övladı təcavüz nəticəsində dünyaya gəlib. Bir müddət sonra evləndiyi adamdan da şiddət görməyə başlayır və ailəsinin yanına qayıdır. Atası da Joseyi sevmir və onunla çox danışmır. Bərbərlik edən Josey bu işdə çox yaxşı pul qazanacağına ümid edir. Tək istəyi iki uşağına yaxşı gələcək verməkdir. Bir müddət sonra o, keçmiş yoldaşı Glory ilə qarşılaşar. Glory da Joseyin atası kimi mədəndə çalışır. Bir müddət sonra Josey də, həmin mədənə işə düzəlir və bu mədəndə yenidən təcavüzə məruz qalır. Bu onun həyatına getdikcə pis təsir etməyə başlayır. Glorynin xahişi ilə köhnə dostu olan vəkil Bill Whiten (Woody Harrelson) köməyə gəlir. İndi Bill və Josey şəhərin ilk cinsi təcavüz iddiasını açmağa hazırlaşır. Ancaq işlər getdikcə qarışmağa başlayır. Təhdid edilən digər mədən işçiləri Josey-in tərəfində olmaqdan boyun qaçırırlar. Ancaq Josey ümidini itirmədən iddiasını davam etdirir.

6.The hours (Saatlar)

Hekayə 3 qadının həyatından – onların oyanışından axşama gədər olan müddəti təsvir edir. Bu filmdə Nikol Kidman depressiyadan əziyyət çəkən və buna görə özünə qəsd etmək istəyən britaniyalı yazıçı Virciniya Vulfu oynayır. Culianna Mur isə 1951-ci ildən Los Ancelesdə yaşayan, eyni həyat tərzindən bezən Lora Braun adlı evdar qadın rolunu oynayır, Meril Stripin qəhrəmanı – homoseksual nəşr evinin redaktorudur. O, 2001-ci ildən Nyu-Yorkda yaşayır, bütün bunlarla belə o, əvvəlki sevgilisi – QİÇS xəstəliyindən əziyyət çəkən, Lora Braunun oğlu Riçarda baxır. İlk baxışdan bir-birindən fərqli olan bu həyatlar əslində Virciniya Vulfun “Missis Dellouey” romanında qarşılıqlı əlaqəyə malikdirlər: Vulfun günü öz romanını yazması ilə başlayır, Lora Braun özünün “ideal malikanəsində” bu romanı oxuyur və nəhayət, Missis Delouey – bu Meril Stripin oynadığıqəhrəmana verildiyi addır. Hadisələr finalda qəribə şəkildə və bununla belə təəccüblü, parlaq süjetə çevrilir: 3 qəhrəmanın taleləri zaman və məkan fərqlərinə baxmayaraq identik saplarla bir- birinə bağlanır.

7.Wendy və Lucy (Wendy and Lucy)

Maddi vəziyyəti yaxşı olmayan Wendy Carroll düzgün şəkildə pul qazana bilmək üçün iti Lucy ilə birlikdə Alyaskadakı bir balıq zavodunda işləmək üçün yola çıxır. Ancaq Oregonda avtomobili xarab olduğu üçün bir də, iti Lucy-ni də itirincə içində olduğu çətin vəziyyət onu əhəmiyyətli qərarlar almaq məcburiyyətində buraxır…

8. Gecə yarısı küçədə tənha bir qız (A GIRL WALKS HOME ALONE AT NIGHT)

Bütovlükdə qara-ağ formatda lentə alınan və İranın ilk vampir filmi olan “A Girl Walks Home Alone At Night” vəhşi bir vampir filmindən çox, bu anlayış üzərindən təklik faktını ələ alır. Film İranda olan təhlükəli küçələriylə məhşurlaşmış “Bad City” qəsəbəsində gecələr tək gəzişən və qəsəbəni bütün lənətini təmizləmək üçün günahkarların arxasına düşən bir vampir qadının hekayəsindən bəhs edir.

9. Bəs indi hara? (WHERE DO WE GO NOW?)

Film Orta şərqin tikan üstündəki coğrafiyasında dini qarşıdurmalara və amansız müharibələrə qadınların ağıllı, praktik cavablar verməsindən bəhs edir. Filmdə Livanda kiçik bir kənd təsvir olunur. Müharibədən sonra Müsəlman-Xristian ayrıseçkiliyi etmədən yaşamağa davam edən kəndlilər qarşıdurma xəbərlərinin gəlməsindən sonra bir-birlərinə düşmən kəsilməyə başlayır …

10. Anam haqqında hər şey (ALL ABOUT MY MOTHER)

Manuela 17 yaşındakı oğulunu avtomobil qəzası nəticəsində itirir. Ölümündən sonra oğlunun əşyalarına göz gəzdirərkən gündəliyini tapır və oxumağa başlayır. Oğlu Estebanın ondan xəbərsiz illərcə gizlətdiyi atasını tapmağa çalışdığınından xəbər tutur. Bundan sonra o, da bu yola çıxmağa qərar verir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir