Əvvəlcə, gəlin pivə ilə tanış olaq – baxmayaraq ki, kişilərin çoxu onunla çoxdan tanışdır. Pivə alkoqol və karbon turşusuna malik içkidir. Tərkibində su, taxıl (buğda, arpa və ya çovdar), və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınır. Qıcqırtma prosesinin idarə olunması üçün mayadan (latınca: Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır.
Pivə həm sərinləşdirici, həm də də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür.
Amma pivə ilə bağlı kişilər üçün həyəcan təbili çalınmalıdır. Onun küpünə girənlər narahat ola bilər – özü də məsələ olduqca ciddi və prinsipialdır.
Belə ki, mütəxəssislər xəbərdarlıq edir ki, pivədə qadın hormonu eksiragen 8-in bitki analoqu var. Pivəni mütəmadi içən kişilərin orqanizmi bu hormona reaksiya göstərir və piy hüceyrələrini məhz qarın nahiyəsində toplayır.