SEVGILILER

Sevgisini etiraf etməkdən utananlara 4 TÖVSİYƏ

Baxış sayı: 1. 768

Kimisə sevdiyiniz halda ona sevginizi etiraf edə bilməməyiniz normal bir haldır. Çünki siz onu həqiqətən sevirsiniz. Bu halda heç nədən qorxmayın. “Gencaile.az” sevgisini etiraf etməkdən utanan, yaxud “yox” cavabından qorxanlar üçün bir neçə məsləhət təqdim edir.

 

Couple at coffee bar

1.Sevdiyiniz insana qarşı dürüst olun. İlk öncə onun sevgisini deyil, inamını qazanmağa çalışın. “Səni sevirəm” deməklə onun ürəyini qazana bilmərsiniz. Onunla dost olmağa çalışın.

2.Dost olduqdan sonra aranızda səmimiyyət yaranacaq. Onunla ciddi məsələ haqqında danışmaq istədiyinizi söyləyin. Ciddi məsələnin nə olduğunu o, artıq təxmin edəcək

3.Sevdiyiniz insanı hər ikinizin də rahat ola biləcəyiniz yerə dəvət edin. Çünki ətrafınızda dostlarınızın, ya da başqa adamların olması sizi utandıra bilər. Rahat olmağa çalışın.

4.Görüşdə dərhal onu sevdiyinizi deməyin. İlk öncə başqa şeylərdən danışın, necə olduğunu, gününü necə keçirdiyini soruşun. Yavaş-yavaş əsas məsələyə keçin. Sadəcə onun gözlərinə baxın və söhbətə başlamaq üçün ondan 1-2 dəqiqə istəyin. Susaraq onun gözlərinə baxmanızın ona qarşı nələr hiss etdiyinizin ifadəsidir. O, özü bunu anlayacaq. Çoxdandır ona demək istədiklərinizi, onu nə qədər sevdiyinizi qorxmadan söyləyin. Düşünməyin ki, “yox” cavabı ala bilərsiniz. Yaxşı olacağını düşünün. Bəlkə o da sizə qarşı laqeyd deyil?! Yox, əgər sevginizə qarşılıq almasanız, həmin insanla sadəcə dost qalmağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir