komputer

Kompüter oyunları insanları nələrdən xilas edir?

Baxış sayı: 1. 506

Son günlər mediada ən çox müzakirə olunan mövzulardan biri də uşaqların oyunlara olan aludəçiliyidir. Xüsusən də Bakı məktəblərində bir xəstəliyə çevrilən stress çarxı valideynlərin narahatlığına səbəb olub.
Amma araşdırmalar göstərir ki, əslində bir çox oyunlar uşaqlarda bəzi problemlərin həllinə səbəb olur. Belə ki, oyun oynayarkən sağlamlığınızın inkişafını təmin edən bəzi ip ucları var. Bu yazıda onlarla tanış olacaqsınız.

 GÖRÜNTÜ KEYFİYYƏTİ

Valideynlər nə deyirsə desin, video oyunları gözlər üçün faydalı ola bilər. Rochester Universitetində aparılan bir araşdırma üzə çıxarıb ki, dağınıq bir ortamda detalları seçmək baxımdan aparılan araşdırma zamanı bozun fərqli tonlarının ayırd ediməsi tələb olunan iştirakçılar arasında ciddi fərq üzə çıxıb. Belə ki, həftədə 5 saat FPS oynayan qrup oynamayanlara nisbətən daha yaxşı performans nümayiş etdirib. Yəni, buludlu havada yaxşı maşın idarə edirsinizsə, bunu həm də Call of Duty’e borclusunuz.

 ÜÇLÜK SAYI

Vision Research jurnalına görə, daim oyun oynayan, amma həftədə be saatı aşmayan insanların beynindəki diqqət funksiyaları ilə bağlı üç vacib bölüm (anterior cingulate, parietal lob və frontal lob) daha yüksek potensialla işləyir. Bu sahə üzrə araşdırmanın müəllifi Daphne Bavelier eyni zamanda iddia edir ki, çoxlu sayda iş görmə qabiliyyətiniz də oyun oynama sayəsində güclənir.

 DÜZGÜN ZAMANLAMA

Bu sahə üzrə araşdırmaçı Bavelierə görə, oyunlardan tam nəticə əldə etmək üçün onlara şərab kimi münasibət göstərməlisiniz. Yəni, düzgün zamanda düzgün miqdarda istifadə etməliyik. Məsələn, bir qədəh Grand Theft Auto tükətdiyimi gündə 40 dəqiqəni aşmamalı və bunu yuxudan öncə etməməlisiniz.

İDEAL DOZA

Avtobus səfərini belə oyun oynayaraq keçirmək faydalıdır. East Karolina Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, Candy Crush Saga tarzində oyunları gündə 30 dəqiqə oynamaq depressiyanın və anksiyetenin qarşısını alır. Amma zamanlayıcınızı ayarlamağı unutmayın. Çünki vəzifələri tamamladığınız zaman beyniniz özünü mükafatlandırmaq üçün daha çoxunu istəyəcək. Dayanmağı bilməsəniz, sabahlama riskiniz var.

 ORTAYA QARIŞIQ

Oyun repertuarınızı nə qədər geniş tutsanız, o qədər fərqli faydalarını görəcəksiniz. “Molecular Psychiatry” jurnalındakı bir məqaləyə görə, məsələn, Mario gibi platform oyunları oynamaq məkanla bağlı beyin funksiyalarını gücləndirir və strateji planlama qabiliyyətini artırır. Bir başqa əfsanə oyun olan Tetris isə yemək və dərmanlara olan istəyi azaldır, travma sonrası stres pozğunluğunun qarşısına keçir, beyin inkişafını sürətləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir