Bu gün iftara daha dadlı və faydalı nə bişirəcəm deyə çox düşünməyin. Çünki “İftar süfrəsi” rubrikasında şorbadan şirniyyata qədər hazırlaya biləcəyiniz daha bir iftar menyusunu sizin üçün seçdik.
Südlü göbələk şorbası
İçindəkilər
Təzə göbələk – 250 qr.
Un – 4 x.q.
Süd – 1 stəkan
Duz
Hazırlanması
Göbələkləri yaxşıca təmizləyib, yuyun. Sonra xırda-xırda doğrayın. Un və su blenderdən keçirilib qazana əlavə edilir. Daha sonra da göbələklər əlavə olunur. Duz töküb 20 dəqiqə bişirilir. Ən sonda süd əlavə edilir, 5 dəqiqə də bişirilir, sobadan götürülür.
Ətli və tərəvəzli yemək
İçindəkilər
Ət – 1 kq (quşbaşı doğranış şəklindən böyük)
Zeytun yağı – 3 x.q.
Göbələk – 2 paket
Acı bibər – 5 ədəd
Pomidor – 3 ədəd
Sürtgəcdən keçirilmiş holland pendiri – 2 stəkan
Dənə istiot, duz
Hazırlanması
Əti yaxşı yuyub, zeytun yağı ilə bir az qovurub, bıraxdığı suyu çəkənə qədər bişirin. Sonra az istilikdə bişirməyə davam edin. Bibər, pomidor və göbələkləri əlavə edərkən hər birini 5 dəqiqə bişirin, daha sonra digərini əlavə edin. 10 dəqiqə qazanın ağzı bağlı şəkildə bişirin. Duz və istiotu da əlavə edin. Servis edəcəyiniz soba qabına əlavə edin, servis etməmişdən 30 dəqiqə əvvələ qədər 200 dərəcəli sobada 10 dəqiqə bişirin. Daha sonra pendiri də əlavə edib əriyənə qədər bişirin və isti-isti servis edin.
Çiyələkli spungle
İçindəkilər
Çiyələk – 500 qr.
Vanil – 1 paket
Kakao – 3 x.q.
Süd – 1 litr
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Şəkər – 1.5 stəkan
Hazırlanması
Süd və yumurtaları orta ölçülü bir qazanda yaxşıca qarışdırın. Un, şəkər, vanil və kakaonu da sıra ilə əlavə edin, orta dərəcəli qaz sobasında tündləşənə və qatılaşana qədər bişirin. Çiyələkləri dilimləyin və supangleləri tökəcəyiniz kasalara yerləşdirin. Həmin çiyələklərin üzərinə supangleni də əlavə edin. Çiyələk dilimləri ilə bəzəyib servis edin.
Nuş olsun!