mikrob

İstifadə etdiyimiz 13 “ÇİRKLİ” ƏŞYA – FOTOLAR

Baxış sayı: 2. 193

Evdə istifadə etdiyimiz bu əşyalar ayaqyolundakı unitazın qapağından belə daha çirklidir. Gündəlik olaraq xanımların apardığı təmizlik işləri tez-tez istifadə etdiyimiz əşyaların belə gigiyenik təmizliyini təmin etmir. Təmiz olduğunu düşündüyünüz əşyalar ətrafa təxmin etdiyinizdən daha çox mikrob saçır. Bu sizin və uşaqlarınızın sağlamlığı üçün ciddi təhlükədir.

“Gencaile.az” “Publika.az”-a istinadən sizə gündəlik istifadə etdiyiniz gigiyenik cəhətdən təmiz olmayan 13 əşya haqqında maraqlı faktları təqdim edir:

 

1. Yastıq – Üzərində yatdığınız yastıqlar ağlınıza gəlməyəcək dərəcədə mikrob mənbəyidir. Toz gənələri, ölü dəri hüceyrələri, bədəndən ifraz olunan tər yastıqların üzərinə çökür. Bütün bunlar göbələk xəstəliyinin yaranmasına zərurət yaradır. Təmizlik zamanı sadəcə yastıq örtüklərini dəyişmək kifayət deyil. Məsləhətdir ki, hər 6 aydan bir istifadə etdiyiniz yastıqları dəyişdirəsiniz.

2. Klaviatura – İngiltərədə aparılan araşdırmalarda kompüterin xarici qurğusu olan klaviaturanın ciddi mikrob mənbəyi olduğu təsdiqlənib. Sorğuda iştirak edən insanların 10%-i klaviaturanı təmizləmədiyini deyib. Ayda ən az bir dəfə klaviatura və “siçan” təmizlənməlidir.

3. Pul – Oksford Universitetinin alimləri tərəfindən, Avropa miqyasında 15 ölkənin pul vahidi üzərində araşdırma aparılıb. Əskinasların üzərində 26 mindən çox müxtəlif xəstəliklərə səbəb olan bakteriyaların olduğu müəyyən olunub. Gündəlik istifadə edilən əskinaslar insanlarda müxtəlif dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər.

4. Duş başlığı – Davamlı su ilə təmas halında olan bir əşyanın “ən çirkli” əşyalar sırasında olması sizə təəccüblü gələ bilər. Lakin unutmayın ki, suyun tərkibində olan mikroblar hər dəfə duş başlıqlarının içərisində yığılır. Beləliklə, siz hər dəfə istifadə etdiyiniz suyun tərkibində normalda istifadə edilən sudan 100 dəfə artıq bakteriya olur.

5. Buz – Laboratoriya nəticələrinə görə buz kristallarının tərkibində olan bakteriyalar unitaz daxilində olan bakteriyalardan 70% daha çoxdur. Buna səbəb isə buzluqların təmiz saxlanılmamasıdır.

6. Çarpayı döşəyi – Döşəklərin üzərində 10 mindən artıq bakteriya var. Yataq örtüyünü dəyişərək təmizlik etdiyinizi düşünürsünüzsə, yanılırsız. Orta hesabla döşəklər 8 ildən bir dəyişdirilməlidir. Əks halda allergiya və tənəffüs yolu xəstəliklərinin yaranmasına səbəb olur.

7. Telefon – İngiltərədə Surrey Universitetinin mikrobiologiya fakültəsinin tələbələri mobil telefonları mikroskop altında incələyib. İnanmaq çətin olsa da, telefonların üzərində inanılmaz dərəcədə bakteriyaların olduğu müəyyən olunub. Ən dəhşətlisi isə odur ki, bakteriyalar şüanın təsirindən inkişaf edir. 3 gün ərzində laboratoriyada xüsusi qablarda saxlanılan mobil telefonların üzərində qəribə mikroorqanizmlərin yarandığı görülüb.

8. Vanna – Hamam otaqlarında istifadə olunan vannalarda hər birinin özünəməxsus yoluxma mexanizmi olan təxminən 19500 bakteriya var. Üstəlik, istilik və rütubət səbəbindən hər dəqiqə bakteriyaların çoxalması prosesi davam edir.

9. Xalça – Evdə istifadə etdiyimiz xalçaların hər kvadratmetrində orta hesabla 200 min bakteriya var. Uşaqlarınızın xalça üzərində oynaması son dərəcədə təhlükəlidir. Gigiyenik normalara görə, hər 3-4 aydan bir xalçalar dərin təmizlənməlidir.

10. Restoranlardakı yemək menyuları – Bir restoran menyusuna gün ərzində yüzlərlə, minlərlə insan əli dəyir. Onların hər birinin müxtəlif növ dəri və ya başqa xəstəlikləri olduğunu nəzərə alsaq, menyuların üzərindəki bakteriyaların sayı milyona çatar. Laboratoriya şəraitində incələn restoran menyusunun üzərində 185000-dən çox bakteriya aşkarlanıb.

11. Qab süngəri – Orta hesabla mətbəxdə 10 milyona yaxın bakteriya mövcuddur. Gündəlik dəfələrlə istifadə etdiyimiz süngərlərin üzərində 250 mindən çox müxtəlif növ mikroblar var. Gigiyenik cəhətdən süngərlərin bir həftədən bir yenilənməsi mütləqdir.

12. Diş fırçaları – Təmizliyin əvəzolunmaz hissəsini təşkil edən diş fırçaları diqqətli şəkildə istifadə edilmədiyi təqdirdə xəstəlik mənbəyinə çevrilir. Ağız boşluğunda yaranan bir sıra xəstəliklər məhz anti-gigiyenik şəraitdən qaynaqlanır. Ayda bir dəfə diş fırçalarınızı dəyişməyiniz tövsiyə olunur.

13. Doğrama taxtası – Mətbəxdə istifadə olunan bəzi əşyalar digərlərinə nisbətən özlərində daha çox mikrob saxlayır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yaxşı təmizlənilməyən doğrama taxtalarının üzərində mövcud olan mikroblar unitazlarda yaranan mikroblardan 50 dəfə daha çoxdur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir