Hər bayram və özəl günlərinizdə eyni salat hazırlamaqdan bezmisinizsə, bu dəfə fərqli salat reseptini bizdən öyrənə bilərsiniz. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası sizə asan və ləziz düyü salatının hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
2 kasa düyü
1 kasa yaşıl noxud
2 budaq təzə soğan
½ dəstə cəfəri
8-10 ədəd gavalı turşusu
1 kasa dənələnmiş qarğıdalı
2 st. limon suyu
Zeytun yağı, duz, pul bibər
Hazırlanması:
Təzə soğan və cəfərini xırda-xırda, gavalı turşusunu kub-kub doğrayın.
Yaşıl noxud və dənələnmiş qarğıdalını da əlavə edib bütün vəsaitləri qarışdırın. Zövqə görə limon suyu əlavə edin.
Plovu geniş bir qaba tökün və qarışdırdığınız ərzaqları əlavə edin.
Nuş olsun!