telefon1

Telefonunuz, yoxsa sevgiliniz? – TÖVSİYƏ

Baxış sayı: 1. 701

Texnologiyanın inkişafı çox yaxşıdır, ancaq bunların həyatınıza təsirlərindən xəbəriniz varmı?

İndi təqdim edəcəyimizin problemlərin çoxu sizə aiddirsə, texnologiyadan istifadəyə bir az ara verin. Yoxsa sevgi münasibətiniz istəmədiyiniz yerlərə gedib çıxa bilər.

Sevgilinizlə danışarkən tez-tez sosial şəbəkədəki hesabınızı yoxlayırsınız? Birlikdə romantik yeməyə gedərkən anın dadını çıxarmaq əvəzinə, dərhal “İnstagram”a şəkil yükləyirsiniz? Bunları edirsinizsə, telefondan əl çəkin!

“Səhər tezdən filan saatda sənə mesaj yazdım, cavab yazmadın. Ancaq arada girib baxırdım “online” görünürdün. Niyə mənə cavab vermədin? Məni sevmirsən, yoxsa həyatında başqası var?”. Bu cümlələri tez-tez işlətməyiniz sevgilinizi bezdirə bilər. Hər şeyin əsl səbəbini bilmədən, bu qədər bezdirici olmayın.

Axşam baş-başa bir yeməyə çıxmalısınız. Görüşəcəksiniz, ancaq bütün günü axşama kimi telefonla danışırsınız. Hələ hara gedəcəyiniz bəlli deyil. Amma artıq axşam düşüb.

Sevgililər günü və ya digər günlərdə sevgiliniz sizə hədiyyə almayıb. Ancaq dostlarınız onlara alınan hədiyyələrin şəkillərini sosial şəbəkələrdə paylaşır. Siz də baxıb əsəbləşirsinizsə, sosial şəbəkələrdən uzaqlaşın. Bir az da sevgilinizə, münasibətinizə vaxt ayırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir