Bu meyvənin 13 faydasını sizə təqdim edirik:
1. Yorğunluğu, süstlüyü, xüsusilə bu səhərlər baş verirsə, banan yeməklə aradan qaldırmaq olar.
2. Vitaminlərlə zəngin olan banan orqanizmin enerjisini bərpa etmək üçün ən yaxşı vasitələrdən biridir.
3. Banan mədə-bağırsaq sisteminin, həzm prosesinin fəaliyyətinin yaxşılaşdırır.
4. Qan təzyiqindən şikayətlənənlər üçün banandan istifadə etmək məsləhətdir. Gün ərzində bir-iki banan yemək bu problemdə sizə yardımçı olacaq.
5. Tərkibində çoxlu miqdarda B vitamini olan banan sinir sisteminə müsbət təsir göstərir.
6. Banan həmçinin təbii antioksidantdır.
7. Banan öz zəngin tərkibinə görə maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolestrolun səviyyəsini aşağı salır.
8. Bədənin müqavimətini artırmaq, immuniteti gücləndirmək üçün banan olduqca faydalıdır.
9. Mədəsində yara olan insanlar üçün banan xeyirlidir. Banan mədənin selikli qişasının bərpasına kömək edir.
10. Müntəzəm olaraq banandan istifadə etməklə yaddaş zəifliyini və yuxusuzluğu aradan qaldırmaq olar.
11. Dərinin gözəl və təravətli görünməsi üçün banandan kosmetik vasitə kimi də istifadə etmək olar.
12. Allergiyanın müalicəsində də banan effektli vasitələrdən biridir.
13. Banan qan azlığı olan insanlar üçün də faydalıdır.