sirniyyat

Dərini qocaldan 5 ərzaq

Baxış sayı: 1. 853

Heç kimə sirr deyil ki, dərinin ümumi vəziyyəti bir çox faktorlardan asılıdır. Dəri problemlərinin əsas səbəbləri stress, hormonal dəyişiklik, yuxusuzluq, günəş şüaları, külək və.s ola bilər. Amma qidalanmanı yaddan çıxartmaq olmaz. Çünki məhz o ətraf-mühitin zərər verdiyi təsirləri azaldır, dərinin əvvəlki görünüşünü özünə qaytarır. Əlbəttə ki, söhbət faydalı qidalardan gedir. Sizin sevdiyiniz şirniyyat məhsulları isə dəriyə heç də yaxşı təsir etmir. Əgər güzgüyə baxanda kədərlənmək istəmir və ya təravətli dəri ilə qarşılaşmaq istəyirsinizsə, onda zərərləri qidaları soyuducudan və süfrənizdən qovun.

“Gencaile.az” dərini qocaldan faktorları təqdim edir:

 

Yağlı məhsullar

Bir sıra tədqiqatlar zamanı məlum olub ki, yağ sızanaq əmələ gəlməsinə bilavasitə səbəb olur. Bu, xüsusilə də, yağlı məhsullara aiddir. Bundan başqa, laktoza insulin sintezini stimullaşdırır ki, bu da dərinin vəziyyətinə qənaətbəxş təsir göstərmir. Əgər dəridə sızanaq əmələ gəlməsinin qarşısını almaq istəyirsinizsə, yağlı məhsullardan uzaq olun.

 

Şirniyyatlar

Şəkəri yüksək olan insanların dərisi şirniyyat məhsullarına çox həssaslıqla cavab verir. Heç olmasa, bir həftə ümumiyyətlə, şokolad və pirojna yeməməyə səy göstərin. Bir həftədən sonra nəticəsi sizi də heyrətləndirəcək. Sızanaq yaranmasının əsas səbəbi çox vaxt qənnadı məhsulları olur.

 

Qurudulmuş meyvələr

Tortlar və konfetlərlə yanaşı, qurudulmuş meyvələr də “risk” qrupuna aiddir. Çoxları onların tərkibində kifayət qədər yüksək şəkər olduğundan xəbərsizdir. Məsələn, alma qurusunda şəkərin miqdarı 81 faiz, kişmişdə 59 faiz, armudda 62 faiz, ərikdə 53 faiz, nəhayət, qara gavalıda olan şəkərin miqdarı isə 38 faiz təşkil edir. Razılaşın ki, bu rəqəm yüksəkdir. Şəkər dərinin qocalma prosesini sürətləndirir.

 

Tez hazırlanan sıyıqlar

Onların tərkibi şəkərsiz olduğu üçün səhərlər onu yemək mümkün deyil. Buna görə də üstünə şəkər səpərək yeməyə üstünlük veririk. Sözsüz ki, bu, dəriyə heç də yaxşı təsir etmir.

 

Duz və istiot

Acılı və duzlu yemək həvəskarları bir daha düşünməlidir: O bədənin hərarətini artırır, bununla da qan damarlarını genişləndirir. Nəticədə, acılı qidalar dəridə qızartı və qıcıqlanmaya səbəb ola bilər.

Duz orqanizmin, o cümlədən dərinin susuz qalmasına səbəb olur. Bu da vaxtından əvvəl qocalma ilə nəticələnir. Çipsi, dondurulmuş kartof, makaron sousları kimi qidalar duzlu olduğundan dəriyə mənfi təsir edər.

 

Dəri üçün faydalı olan qidalar:

Üz dərisinin təravətli, rənginin eyni olması üçün qida rasionunuza E və A qrup vitaminlərlə zəngin olan ərzaqları daxil etmək lazımdır. Onlar dərini qidalandırır, öz nəmini qorumağa kömək edir, həmçinin, vaxtından əvvəl qocalmasına mane olur. Beləliklə, sizin sevməli olduğunuz qidalar bunlardan ibarətdir: tərəvəzlər və meyvələr. Onlar dərinin sağlam və parıltılı olmasına kömək edəcək. Bu, yaşıl kələm, balqabaq, yerkökü, təzə kartof, ispanaq, brokkoli və pomidor ola bilər.

Qovun və ərik: Onlar həzm üçün çox faydalıdır, deməli, səhv qidalanma nəticəsində meydana gələn dəri problemlərinə yol açmayacaqlar.

Mağazaya getməzdən əvvəl özünüzə şirniyyatlar bölməsinə getməyəcəyinizə dair söz verin. Əsasən, siyənək, karp və keta balıq növləri haqqında düşünün. Unutmayın ki, balıq dərinin qocalma prosesini ləngidən çox qiymətli qidadır.

Qiymətli E vitamini yaşıl tərəvəzlərin, eyni zamanda yulaf və qozun tərkibində də var. Amma qozun yağlılığını unutmamalıyıq. Ona görə də qoz kimi çərəzlərin qəbulu günün birinci yarısında arzuolunandır.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələri də dərinin parıldamasını təmin edən sadiq köməkçilərdir. Çuğundur və sitrus meyvələrinin şirələri bu işin öhdəsindən yaxşı gəlirlər. Əlbəttə ki, onlara qarşı allergiyanız yoxdursa.

QEYD: Bu şirələrin tərkibində yüksək miqdarda fruktoza olduğu üçün hər gün içmək olmaz. Amma həftədə 1-2 dəfə istifadəsi sizin xeyrinizə olacaq.

Sağlam qidalanmaq dərinin rəngini bərpa etməkdən əlavə, sizi artıq çəkidən də xilas edəcək!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir