Əlvan rənglər adətən dizaynerlərin kolleksiyalarında yüksək pillədə qərarlaşır. Xüsusilə, gənc xanımların üstünlük verdiyi rəngarəngliyin istifadəsi də çox rahatdır. Lakin unutmamaq lazımdır ki, kiçik bir səhv ümumi görüntünü poza bilər.
Başqa sözlə, əlvan rənglərdən istifadə edərkən gözəl görünüşlə klouna bənzəmək arasında incə bir xətt var. Dəbi yaxından izləyən xanımlar, gəlin hazırladığımız dəstlərə birlikdə nəzər salaq.
Bu məsləhətlər əlvan rəngləri birləşdirməkdə çətinlik çəkən xanımlara kömək edəcək.
Əlvan rənglər istifadə edərkən uyğunluğa əməl edin
Kombinin detalları:
Ətək: Roksanda
Pencək: Philipp Plein
Boyunbağı: Whistles
Çanta: Maykl Kors
Babet: Sophia Webster
Əlvan rəngli paltar seçəndə həddi aşmaq lazım deyil. Balansı qorumağa çalışın. Əgər dəstdə bir neçə geyimin əlvan rəngdə olmasını istəyirsinizsə, ancaq bir rəngdə seçin. Eyni tonda hər hansı bir aksessuardan da istifadə edə bilərsiniz.
Əlvan rəngi önə çıxarın!
Kombinin detalları:
Pencək: Vero Moda
Şərf: Etro
Çanta: Chiristian Louboutin
Ətək: Closet
Boyunbağı: Humble Chic
Şıq və modern görünmək istəyən xanımlar üçün ideal bir kombindir. Əlvan rənglər istifadə etməyin ikinci əsas qaydası seçdiyiniz tona yaxın rənglərdən imtina etməkdir. Əlvan sarı rəngdən istifadə etmisinizsə, sarının başqa bir tonunu əsla istifadə etməyin! Tonlar uzlaşmadığı üçün nəticə heç də xoş olmayacaq.
Əlvan rəngləri ağla istifadə edin!
Kombinin Detalları:
Trikotaj: Choies
Tunik köynək: Gyunel
Şərf: Hermos
Ayaqqabı: Kenzo
Eynək: Monki
Əlvan rənglərin ən yaxşı yoldaşı ağ rəngdir. Ağ rəng əlvan rənglərin qarışıq görünməsinə mane olur, həm də gözləri yormur. Bazar günləri üçün ideal yaz dəstidir.
Ən çox azyaşlı qızların sevimlisi olan çəhrayı
Kombinin detalları:
Tunik: Half Sleeve
Şərf: Etsy
Çanta: Henri Bendel
Ayaqqabı: Superga
Boyunbağı: Setiap Baubles
Çəhrayını ən çox kiçik qızlar sevirlər. Balaca qızların qarderobunda ayaqqabıdan tutmuş, saç lentlərinə qədər hər şey çəhrayı rəngdədir. Uşaqlığımızı xatırladan bu rəngdən böyüdükdən sonra üz çevirmək məcburiyyətində deyilsiniz. Bu rəng nə qədər qəribə olsa da, idman üslubuna daha çox yaraşır. Əlvan çəhrayı tez diqqət cəlb edən rəng olduğu üçün kiçik detallarda istifadə ediləndə daha xoş görünür.