BOSANMA

Ən çox boşanma qeydə alınan ölkələr

Baxış sayı: 1. 376

İnkişaf etmiş ölkələrin çoxunda sosial institut kimi ailə anlayışı öz əhəmiyyətini itirmək üzrədir. Son zamanlar ər-arvad münasibətləri öz böhran dövrünü keçirir. Belə bir vəziyyətin yaranmasına bir sıra amillər səbəb olur: iqtisadi, dini, əxlaqi dəyərlər. Lakin bütün bu səbəblər hamısı eyni nəticəyə gəlib çıxır. Boşanmaların sayı artan sürətlə qalxır.

“Gencaile.az” boşanmaların ən çox baş verdiyi 10 ölkəni təqdim edir.

 

Macarıstan

Statistikaya görə, ölkədə bağlanan izdivacların 67 faizi boşanma ilə bitir. Ölkədə hər on nəfər kişidən biri boşanmış hesab olunur. Maraqlısı odur ki, macarlar hər boş və mənasız şeyin üstündə boşanır.

 

İsveç

İsveçdə rekord boşanma göstəricisi 2013-cü ildə qeydə alınıb. Burada 25,100 insan nikahına son qoyub. Ölkədə bağlanan izdivacların 47 faizi boşanma ilə bitir. Tədqiqatçıların apardığı araşdırmaya görə, boşanmaya daha çox qadınlar səbəb olur. Yaxşı inkişaf etmiş ölkədə qadınlar ərinin köməyi olmadan özünü maddi cəhətdən təmin etdiyi üçün daha sərbəst olurlar.

 

Çexiya

Çexiyada 1960-cı ildə boşanma nisbəti 16 faiz olub. 2005-ci ildə bu nisbət qalxaraq 50 faizə çatıb. Hazırda isə boşanma nisbəti 66 faizə çatır. İş ondadır ki, İkinci Dünya müharibəsindən sonra çexiyalı qadınlar kütləvi surətdə evdar qadın olmaq statusundan imtina edərək işləməyə başlayıb. Qadınlar nə qədər ərindən az asılı olsa, bir o qədər də boşanma halları artır.

 

Portuqaliya

Portuqaliyada boşanma hallarının artması doğum sayının aşağı düşməsi ilə bağlıdır. İndiki gündə Portuqaliya üçün boşanma nisbəti 68 faizdir. Hər gün ölkədə 70 ailə dağılır.

 

Ukrayna

Ukraynada bağlanan izdivacların 42 faizi boşanma ilə bitir. Statistikaya görə, Avropa ölkələri ilə müqayisədə Ukraynada nikahlar çox bağlanır. Eyni zamanda, boşanmaların da sayı çoxalıb. Ailə daha çox tərəflərdən birinin içki düşkünü olması ilə əlaqədar olaraq dağılır. Bundan əlavə, maddi çətinlik və həyat səviyyəsinin ağır olması da buraya daxildir.

Uşaqların sayı da ailəni qoruyub saxlaya bilmir. Ona görə də ölkədə tənha valideynlərin sayı 20 faizdir.

 

ABŞ

ABŞ-da boşanma nisbəti 53 faizdir və ildən-ilə bu rəqəm daha da artır. Lakin burada maraqlı bir nüans var: nə zamansa evli olan insanlar daha tez-tez boşanır. Burada isə belə bir nəticə çıxır: birinci nikahdan 41 faiz, ikinci nikahdan 60 faiz, üçüncü nikahdan isə 73 faiz insan boşanır. Görünür ki, insanlar öz səhvlərindən nümunə götürmür.

Boşanma səbəbləri isə bunlardır: maddi çətinlik, ailədə psixi və fiziki zorakılıq, tərəflərin bir-birinə olan marağın azalması.

 

Rusiya

Rusiyada boşanma nisbəti 51 faizdir. Boşanmaya daha çox yaşayış yerinin olmaması, maliyyə çətinlikləri və alkoqolizm səbəb olur. Yaşayış yerinin pis olması ən möhkəm ailəni belə dağıdır. Çünki evdə otaqların azlığı ailənin bir yerə toplaşmasına mane törədir.

 

Belçika

Belçikada boşanma nisbəti 71 faizdir. Ölkədə insanlar maliyyə cəhətdən azad olduğu üçün bir-birinə ehtiyac duymur. Belçikada artıq boşanma dramatik və pis hadisə hesab olunmur.

 

Belarus

Slavyan ölkəsində boşanma nisbəti 68 faizdir. Dünyada abortların sayı da ən şox buradadır. Boşanma halını bir çoxları Allaha olan inamın azalmasında və dini ənənəvi dəyərlərin itməsində görür. Həqiqətən də, ölkənin 40 faizi özünü ateist hesab edir.

 

Maldiv

Əhali sayına görə dünyada 175-ci yerdə qərarlaşan Maldivdə boşanmaların sayı Rusiya və Belarusu da ötüb. Maraqlıdır ki, ada ölkəsində əsas din İslamdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir