sac

Hamilə qadınlar saça qulluqda nələrə diqqət etməlidir?

Baxış sayı: 1. 428

Hamilə ikən saç kəsdirmək olarmı? Saç kəsdirmək və boyamaq ana və dölə mənfi təsir edirmi? “Gencaile.az” hamilələri maraqlandıran bu suallara aydınlıq gətirir.

 

Hamilə ikən saç boyamaq olar?

Hamilə ikən ilk 3 ay həkimlər saç boyamağı məsləhət görmür. Boyanın içində olan ammonyak kimi kimyəvi maddələr uşağınıza və sizə zərərə verə bilər. Adətən saç boyası başda 30-40 dəqiqə boyunca qalır. Bu müddətdə boyada olan zərərli maddələr saç dərisinə sürətlə nüfuz edir və az miqdarda da olsa qana keçir. Beləliklə, bu zəhərli maddələr ana qanından dölün qanına düşə bilər.

 

Hamilə ikən saç kəsdirmək olarmı?

Hamilə ikən qadınlar adətən saç kəsdirməz. Bəzi insanlar orqanizmə girən maddələrin uşağa fayda vermək yerinə saça fayda verəcəyinə inanır. Lakin saçınıza gedən maddələrlə uşağınıza gedən maddələrin bir-biri ilə əlaqəsi yoxdur. Son dərəcə səhv olan bu davranış ananı mənfi mənada təsirləndirə bilər. Həkimlərin fikrincə, hamilə ikən saç kəsdirməyin heç bir mənfi yönü yoxdur. Əksinə, hamiləlik dövründə onsuz da çox həssas olan qadınlar uzanmış və baxımsız saçlarla özlərini mənfi düşüncələrə sürükləyə bilərlər.

 

Hamilə ikən saça qulluqda nələrə diqqət etməliyik?

Adətən hamiləliyin 16-cı həftəsindən dölün müdafiə mexanizmi inkişaf edir. Bu zamandan sonra həkiminizlə məsləhətləşib ammonyaksız boyalarla saçınızı boyaya bilərsiniz. Saç boyası qoyulan yerin havalandırılması çox əhəmiyyətlidir. Çünki ciyərlərə nüfuz edən ammonyak anaya zərər verə bilər.

Gözəllik salonuna gedəcəksinizsə, səhər saatlarını seçə bilərsiniz. Qalıcı boyalar yerinə daha az zamanda çıxan boyalardan istifadəyə diqqət edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir