Aysel elizade

Xalqın genini dağıdan xalalar – AYSEL ƏLİZADƏ YAZIR

Baxış sayı: 2. 834

Incestus latınca günah deməkdi. Sonradan bu sözü din, fəlsəfə və ədəbiyyat insest kimi istifadə etməyə başlayıb. Çox yaxın qohumların cütləşməsini günah adlandırıblar.

Qədim Misirdə, Romada bacı-qardaş, ana-oğul seksi yasaq deyildi. Romada olmasa da, Misirdə bacı-qardaş evliliyinə icazə verilirdi. Sivilizasiya inkişaf etdikcə, qohum evliliklərinin faciələri ortaya çıxır, elm buna yasaq qoyur.

Xala, bibi, əmi, dayı uşaqlarının evliliyini tibb yasaq edib. Səbəb ciddidi. Döl ata-anadan gen alır. Fərqli genlərdən yaranan genə hetereziqot — dəyişik gen, eyni genlərdən yaranan genə homoziqot deyilir. İmbridinq deyilən bir anlayış var. İnsest onun bir qoludu. Xalauşaqlarının, bibiuşaqlaırnın və sairənin cütləşməsidi.

Gen eyni olduğu üçün uşağa irsi xəstəliklər, qüsurlar ikiqat ötürülür. Nəticədə xəstə nəsil yaranır. Bir yerdə mütləq və mütləq bu nəsildə problemlər üzə çıxır.

Eyni genlərdən yaranan orqanizmdə xəstəliklərlə mübarizə gücü az olur. Həmin övladda və ya onun övladlarında, törəməsində zehni, ya fiziki qüsurlar ortaya çıxır. Azərbaycanda yaxın qohumların evliliyi ta qədimdən adət olub.

İllah da o bizim ətli-budlu analar var ha, “oğluma bacım qızını alacam” deyən tiplər, onların sayəsində ölkədə bir xeyli qüsurlu nəsil yetişib. İki dılğır üzüyü yad qızına qismət olmasın deyə xalqın genini dağıdan bu xalalara dur demək gərəkdi.

Bizim kimi yad xalqlarla evlənməyən toplumun öz yaxın qohumları ilə evlənməsi xalqın cırlaşmasına səbəb olur. Baxın, kişilərimiz getdikcə necə balacalaşır, qadınlarımız zəifləyir. Qara, çirkin bir nəsil yetişir. Üstəlik, anlamaq bacarığı az, savadı yox, üzündə keylik-kütlük, qavrama zəif.

Ruslar xalauşaqarına, əmiuşaqlarına “dvoyurodnıy brat-sestra” – ikinci doğmalıq — ikinci bacı, ikinci qardaş deyirlər. Bu da səbəbsiz deyil. Tibdə bu, gerçəkdən də qan doğmalığı – bacı-qardaşlıq sayılır.

Tanış bir xanım xalaoğluna ərə getməyi planlayırdı. Eşidəndə dəhşətə gəldim düzü. Özü də həkim idi. Mat qaldım. Elə travma aldım ki, “Qadın peyğəmbər” romanımda da bu mövzuda yazdım. Normal bir xanım, özü də doktor olan biri qardaşı sayılana niyə ərə getsin ki?! Kişi qəhətdimi?! Ginekoloq doktordan onların uşaqlarının sağlam doğulacağı haqda hansısa test, yoxlama etməyin mümkün olub olmadığını soruşduq. Doktor belə testin olmadığını dedi. “Testə gərək yoxdu, tibb elmi birmənalı olaraq buna icazə vermir”. Həm mənəvi baxımdan bu doğru deyil, ölkədə, dünyada bunca oğlan-qız varkən, insan evinin içində birgə böyüdüyü adama tamah salarmı?! Bu birgəlikdən doğulan uşaqlarda və ya onların gələcək nəslində mütləq bir yerdə xəstəlik üzə çıxacaq.

Susub əlavə etdi: “Ayıbdı…”

Bir xalqın gözəlləşməsi, zəki olması üçün mütləq onun başqa xalqlarla qarışığının olması gərəkdi. Bu əsla soyuna təhlükə deyil. Əksinə, soyunu yaymaq, şaxələndirmək, gücləndirməkdi. Üstəlik, xalqların bəşəriliyi onların qurduqları dövlətlə ölçülür.

Baxın Avropa xalqlarına, necə ucaboy, aydın üzlü, ağıllı ifadəlidilər, intellektual və zəkidilər. Xalqlar qarışıb orda. Hansı tanınmışın avtobioqrafiyasına baxırsan, müxtəlif nəsillərdən gen aldığını görürsən. Biz nəinki yad xalqla evlənirik, öz qohumlarımızdan o yana çıxmırıq. Elə kəndlərimiz var, hətta qonşu kəndə qız verib-almırlar. Müqayisə yanlışdı, amma təsəvvür üçün önəmlidi. Yeni növ meyvə almaq üçün calaq nə deməkdisə, yeni müasir insan yaranması üçün də fərqli genlərin birləşməsi o deməkdi.

Xalqın evin içində bir-biri ilə evlənməsi onun özü üçün cızdığı sərhədlə, seçimsizliklə bağlı adətidi. Qızını, oğlunu ətəyindən kənara buraxmayan valideynlərdi səbəbkar. Uşaq gözünü açandan əks cinsdən yalnız birini görür, ona da meyllənir. Yabanı, vəhşi meyldi. Freyd buna libido deyirdi. Yaxında olana, əlin çatana can atmaq. Bu heç bir halda sevgi ola bilməz. Çünki seçimsizlikdən yaranan seçimdi.

“Çalı quşu” romanında Rəşad Nuri Güntəkin vəziyyəti əla ifadə edib. Fəridə mühafizəkar mühitdə böyüyür, qızlar məktəbində oxuyur, yalnız bir oğlanı — bibisi oğlu Kamranı görür, ona da bağlanır. Bu adət yalnız bizdə deyil. Avropa xalqları içində də olub.

Hətta məşhurlardan öz yaxını ilə ailə quranlar da olub. Amma bizdəki kimi yayğın deyil. Çox azdı.

Dünyaya, başqa mədəniyyətlərə açılım, çıxış həm də evlilik üsulu ilə olur. Geni cırlaşdırmaq yox, yaymaq gərək…

Aysel Əlizadə




2 şərh “Xalqın genini dağıdan xalalar – AYSEL ƏLİZADƏ YAZIR

  1. Emin Abasov

    Bu gicbəsərin yazısını çap edəndədi günah. Kim kimlə istəyir onunlada evlənir. Nə münəccimlik edir bu f-ə.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir