Əgər məşhur “kəbinbaz” Məşədi İbadın gününə düşmək istəmirsizsə, o zaman evlənmək istədiyiniz xanıma doğru-düzgün elçilik etməyi öyrənməlisiz. Əgər evlilik təklifini düzgün etməsəniz, hətta sizi sevən qızdan belə birinci cavab olaraq “YOX” alacaqsınız…
Qıza evlilik təklif etmək olmaz, əgər siz:
Sərxoşsınızsa
Özünzü yaxşı hiss etmirsinizsə
Harasa tələsirsinizsə və ya qızın vaxtı azdırsa
Telefonla təklif etmək heç məsləhət deyil
Əlamətdar günləri seçin:
Xanımın ad günü, 8 Mart, Yeni il gecəsi, Novruz bayramı və tanışlığınızın ildönümü gününü
ikiqat bayrama və unudulmaz tarixə çevirin.
Hazır ssenarilər
Həyatında bir dəfə atacağın addımı yaxşı-yaxşı götür-qoy edin. Lazım gəlsə, əvvəlcədən ssenari qurun. Əgər fantaziyanız geniş deyilsə, o zaman təklif etdiyimiz hazır variantlardan istifadə edə bilərsiniz. Bir şərtlə: bu yerdə qüruru bir kənara qoymalısınız. Çünki qürur sizə mane olacaq.
Ağ atlı oğlan: Hər bir qız uşaqlıqdan “Ağ atlı oğlan” nağılının həsrəti ilə yaşayır. Onun xəyalını gerçəyə çevirmək çətin deyil. Cıdıra gedib, kirayəyə at götürürsünüz, yaxud da Dənizkənarı parkdakı faytonların biri ilə danışırsınız. Qıza görüş yeri təyin edirsiniz və yaxud da onun evinə bir dəstə qızılgül göndərirsiniz. Çiçək dəstəsinə “Səni sevirəm. Mənimlə evlənərsənmi?” yazılmış açıqca qoyursunuz. Qızın məktubu oxuyacağı anı əvvəlcədən hesablayın. Həmin vaxt qıza zəng edib, “Pəncərədən bax” deyirsniniz. Təbii ki, bu zaman siz atın belində və yaxud faytonda olursunuz. Qız aşağı düşən kimi onun qarşısında diz çöküb, ən gözəl sözlərlə evlilik təklifini edirsiniz.
Sirli qutu: Qıza çox böyük qutuda hədiyyə göndərirsiniz (adamboyu hündürlüyündə). Qutunun içində 20 dənə iç-içə müxtəlif ölçülü qutular yerləşdirin. Hər qutunun içinə simvolik hədiyyələr və ya güllər qoya bilərsiniz. Ən sonuncu qutu isə üzüyün qutusu olsun.
“Görüşərik” oyunu: Qıza kağız göndərib, ona konkret bir yeri görüş üçün təyin edin. Həmin yerdə də onun üçün bir kağız və qızılgül qoyub, başqa bir yerə gəlməsini xahiş edin. 2-3 belə “tapmacalı” görüşlərdən sonra, onu restoranda və ya təbiət qoynunda şampan, şirniyyat və qızıl üzüklə qarşılayın.
“Restoranda sürpriz”: Romantik nahar təşkil edib, qızı dəvət edin. Adi söhbətlər, yemək… Amma əvvəlcədən ofisianta tapşırığınızı verin. Naharın sonuna yaxın o, məcməyidə üzük qutusu və kağızla qıza yaxınlaşıb, “Sizə məktub var” desin. Təbii ki, məktubda “Əzizim, mənimlə evlənərsən?” sözləri qeyd olunmalıdır.
Sehrli:
İllüzionistin köməyi ilə sevgilinizə mistik gecə yaşadın. Sehrbazın sehri ilə nişan üzüyü onun cibindən və ya çantasından çıxacaq. Daha sonra gül, şirniyyat… Və nəhayət, sən dilə gəlib, evlənmə təklifini edirsiniz.
Qızın evinin qarşısında yanan şamlardan “Mənə ərə gəl” sözlərini yazın. Daha sonra zəng edib, qızı pəncərəyə çağırın. Əgər razıdırsa, pəncərəni açmasını xahiş edin.
Müasir elektron versiyalar- Hightech
Yüksək texnologiyalar əsrində köhnə metodlardan yapışıb qalmaq günah olar. Belə ki…
1. Onun evində kompüter varsa, evlənmək təklifin yazılmış diski ona verin və bildirin ki, elə bu dəqiqə diskə baxsın. O, diskə baxana kimi siz üzüyü onun qarşısında hazır edin.
2. Qızın iş yerinin və ya evinin qarşısında böyük ekran qurdurub, slayd vasitəsilə ona evlənmək istədiyinizi bildirin.
3. Təklifini videolentə çəkdirin və görüş zamanı ona nümayiş etdirin.