Qadınların mütləq bilməli olduğu və nə vaxtsa ehtiyac duyacaqları 15 məsləhətlə onların işini asanlaşdıra biləcəyimizi düşünürük. İnanırıq ki, bu məsləhətlər nə vaxtsa işinizi yarayacaq, indi onları hətta sadəcə, maraq xatirinə oxumağa başlamısınızsa da…
1. Qırmızı şərab ləkələrini aparmaq üçün ağ şərabdan istifadə edin.
2. Yeni aldığınız cins şalvarı dərziyə verməmişdən əvvəl ən azı 2 dəfə yuyun. Cinslər yuyulanda mütləq balacalaşır.
3. Tiftik və ya anqora yunlu paltarlarınız tük tökməsin deyə, balaca bir paketə qoyub soyuducunun buzluğuna yerləşdirin. 3 saat saxlasanız, kifayətdir.
4. Vintaj yaxud ikinci əl paltarlardakı iydən qurtulmaq üçün 1 qaşıq vodka və 2 qaşıq suyu qarışdırıb, sprey şüşəsinin köməyi ilə püskürdün.
5. Çantanıza yağ damcısı düşübsə, uşaq pudrasını ləkənin üstünə tökün və sabaha qədər saxlayın. Böyük ehtimalla ləkə yox olacaq. Getməyibsə, bir neçə gün bunu təkrarlayın.
6. Əyninizə yaxşı oturan paltarların əsas xüsusiyyəti sintetikliyindədir. Köynəklərdə 95% pambıq, 5% sintetika, cins şalvarlarda isə tərkibində ən azı 2% sintetika olanlara üstünlük verin.
7. Paltarınızı şkafa həmişə açıqdan tünd rənglərə görə yığın. Məsələn, açıq rəngləri soldan, tündləri sağdan düzün. Beləcə, daha rahat seçib geyinə biləcəksiniz.
8. Yun parçanın keyfiyyətini yoxlamaq üçün parçanı astaca dartın. Əlinizi çəkəndə parça əvvəlki vəziyyətini alırsa, deməli, keyfiyyətlidir.
9. Mağazada cins şalvarı geyinib yoxlamağa vaxtınız yoxdursa, barmaqlarınızı büküb dirsəyinizi şalvarın belinə salın. Əgər şalvarın beli dirsəyinizdən barmaqlarınızın bükümünə qədərdirsə, bu, sizin ölçünüzdür. Boynunuzun ölçüsü də bel ölçünüzlə eynidir, onu da yoxlamaq olar.
10. Hansısa paltarı atıb-atmamaqla bağlı qərarsızsınızsa, “indi mağazada olsaydım, bunu alardım?” sualını özünüzə verin. Cavab “yox”dursa, atın.
11.Bikini və dəniz geyimlərini paltaryuyan maşında yumayın. Maşınla yuyulanda bu paltarlar elastikliklərini itirirlər.
12. Saxta çantalardan qaçın, onların həqiqi olub-olmadığını çox adam başa düşər. Amma saxta brilyant və digər daş-qaşlı dəstləri isə keyfiyyətlidirlərsə, ancaq pəşəkarlar anlaya bilər.
13. Paltarı ütüləyəndən dərhal sonra geyinməyin. Yoxsa yeni qırışlar əmələ gələ bilər. 5 dəqiqə gözləyin, sonra geyinin.
14. Çiçəklərin vazda daha çox canlı qalmasını istəyirsinizsə, suya bir azca vodka damcıladın.
15. Şəffaf corablarınızın süzülməyindən yorulmusunuzsa, əvvəlcə üzərinə saç spreyi vurub sonra geyinin./ailem.az/