xestelik

Klimaks sizi öldürücü xəstəliklərə apara bilər – SOS

Baxış sayı: 1. 522

Klimaks qadın orqanizmində fizioloji prosess olub, yumurtalıqların və hipofizin fəaliyyətini müəyyən edən hormonların ifrazının pozulması və menstruasiyanın kəsilməsilə xarakterizə olunur.

Klimaks qadınlarda 45-48 yaşda başlayır, lakin bu proses tez (40 yaşadək) və gec (55-56 yaşdan sonra) başlaya bilər.

 

Menopauza xarakterizə olunur:

-qadın cinsi hormonlarının sintezinin azalması
-menstrual tsiklin pozulması (ritmin,intensivliyin dəyişməsi,ifrazatın  miqdarının azalması)
-uşaqlıq yolu selikli qişasının dəyişməsi-nazikləşir və elastikliyini itirir.
– uşaqlıq ölçülərinin azalması

 

 

Klimakterik dövrün 8-10 il ola biləcəyini nəzərə alaraq onu bir neçə mərhələyə ayırırlar:

Menopauzaönü dövr yumurtalıqların işinin pozulmasından menstruasiyanın kəsilməsinədək olan dövrdir.Bu dövrdə menstrual tsiklin pozulması baş verir,menstruasiya müntəzəm olmur, ifrazat az olur.Mayalanma xüsusiyyəti kəskin azalır.

Menopauza qadın cinsi hormonlarının sintezinin kəsilməsi ilə xarakterizə olunur. Menstruasiya olmur.

Postmenopauza 3-5 il çəkir.Bu dövrdə yumurtalıqların işi tam dayanır.

 

Qadınlarda çox zaman menopauzanın ilk əlamətləri yarandıqda klimakterik sindrom inkişaf edir:

-sifət və boyuna qanın axması (priliv)
-tərləmə
-ürəkdöyünmə,təzyiqdə dəyişikliklər
-baş ağrıları
-tez yorulma
-yuxusuzluq
-narahatçılıq
-cinsi həvəsin azalması

 

Bütün bu əlamətlər orqanizm yeni fizioloji şəraitə uyğunlaşan kimi tez keçir, lakin bəzi qadınlarda klimakterik sindrom uzun müddətli və ağır keçir.

Çox zaman qadınlar tez-tez sidiyə getmədən və ya sidiyi saxlaya bilməməkdən, eləcə də sidik kisəsində xoşagəlməz hissiyatdan şikayətlənirlər.

Menopauzadan sonra qadınlar özlərinə qarşı maksimal dərəcədə diqqətli olmalıdırlar.Belə ki,orqanizmdə gedən dəyişikliklər aşağıda göstərilən ciddi xəstəliklərə gətirib çıxara bilər:

-miokard infarktı
-insult
-hipertoniya
-osteoporoz
-ateroskleroz və s.

 

 

Klimakterik sindromun müalicəsi

Klimakterik sindromun müalicəsi qadının şikayətləri,müayinə nəticələri,fərdi xüsusiyyətlər nəzərə alınmaqla yalnız həkim tərəfindən təyin oluna bilər.

 

 

Klimakterik sindromun müalicəsi təyin edilməmişdən qabaq bir sıra müayinələrdən keçmək lazımdır:

-floraya ümumi yaxma (qinekoloqun müayinəsi)
-reproduktiv orqanların USM
-mammoqramma
-qanın ümumi analizi
-qanın biokimyəvi analizi
-lipid kompleksinə analiz
-qanda hormonların səviyyəsi
-qan təzyiqi (səhər,axşam)
-sümüklərin rentqenoqrafiyası
-densitometriya

Klimakterik sindromun ən müasir müalicə üsulu qadın orqanizmində çatmayan hormonların təmin edilməsinə yönəldilmiş əvəzedici hormonal terapiyadır.Bu terapiya yalnız xoşagəlməz simptomları aradan qaldırmağa deyil, həm də qadın orqanizminin yenidən qurulması ilə bağlı  ağır xəstəliklərin yaranmasından qaçmağa imkan verir.

Postmenopauza dövründə aparılan əvəzedici  terapiya ürək-damar xəstəliklərinin və osteoporozun ən yaxşı profilaktikası  olub,emosional vəziyyəti stabilləşdirməyə kömək edir.Daha bir müsbət effekti  – dərinin qocalmasını ləngidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir