meyve qurusu

Meyvə qurusunun faydaları

Baxış sayı: 1. 799
Alma qurusu astma və ürək xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir. Eyni zamanda alma qurusu tərkibindəki zəngin lif sayəsində bağırsaqları da təmizləyir. Alma qurusu maddələr mübadiləsini sürətləndirməkdə və həzm prosesini asanlaşdırmaqda da faydalıdır (A, B və E vitaminləri, həmçinin kalium, kalsium və maqnezium mineralları ilə zəngin olduğu üçün).
 
Alça qurusu kaliumla çox zəngindir. Həzmi asanlaşdırır, stresin və şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir və s.
 
Tutda kalsium, kalium və dəmir mineralları, həmçinin B1, B2 və C vitaminləri daha çox yer alır. Ağ tut qızdırmanı aşağı salır. Qara tut isə ağız və boğaz xəstəliklərində müsbət təsir göstərir.
 
Əncir qurusu da faydalıdır. 100 qram əncir qurusu orqanizmin gündəlik kalsium ehtiyacını ödəyir. Digər tərəfdən, həzmi asanlaşdırmaqla yanaşı, orqanizmi bakteriyalardan qoruyur. Əncir tərkibində yüksək nisbətdə kalsium və fosfor olduğu üçün sümük və dişləri xəstəliklərdən qoruyur.
 
Üzüm qurusu (başqa sözlə, kişmiş) karbohidratla zəngin olduğu üçün əsl enerji mənbəyidir. Üzüm qurusu A, B1, B2, C vitaminləri, eyni zamanda kalium, kalsium, natrium və dəmir mineralları ilə zəngindir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir