restoran

Restoran açmaq üçün nə lazımdır?

Baxış sayı: 1. 990

Restoran biznesinin təşkili bu gün çox insana sadə görünsə də, həqiqətdə bu belə deyil. Hər bir biznesdə olduğu kimi bu sahənin də özünəməxsus çətinlikləri var.
Statistika Komitəsi bildirir ki, Azərbaycanda 8,6 minə yaxın iaşə müəssəsi fəaliyyət göstərir. Bura kiçik yeməkxanalardan tutmuş böyük restoranlar aiddir. Lakin restoran biznesinə daxil olmaz əvvəl böyük bir kütlənin zövqünə uyğun plan hazırlamaq və təklifləri nəzərə alaraq bir biznes qurmaq lazımdır.

Yerləşmə

Restoran biznesinin təşkili: restoran açmaq üçün nə lazımdır?

Restoranın yerləşməsi əsas amillərdən biri olduğu üçün buna xüsusi fikir verilməlidir. Əhalinin və xarici turistlərin çoxluq təşkil etdiyi gözəl guşələrimizin birində – Qəbələdə də restoran biznesini həyata keçirtmək olar.
Teatr paltarasandan, restoran isə heyətdən başlayır. Müəssisənin bütövlükdə uğuru, qonaqların girişdə necə qarşılanmasından asılıdır.

Restoran biznesində kadr axını yüksəkdir, insanlar gəlir və gedirlər, ona görə də buna əvvəlcədən hazır olmalısınız. İşçiləri kadr agentliklərinin xidmətlərindən istifadə etməklə axtarmaq lazımdır. Lakin xərclər əvvəlcədən müəyyənləşdirilməlidir. Əvvəlki kimi, ən yaxşısı yaxınların tövsiyəsi olacaq.
Güman ki, sosial şəbəkələrə diqqət yetirmək və özünə müstəqil baş aşpaz və ya su-şef seçmək lazımdır.

 

Özünəməxsusluq

Restoran biznesinin təşkili: restoran açmaq üçün nə lazımdır?

Qəbələdə yerləşəcək bu restoranının özünəməxsus cəhətlərindən biri də buradakı meyvə və tərəvəzlərin müştərilərin gözü qarşısında yığılaraq yuyulub süfrəyə verilməsi olacaq. Bu idea bir çox xarici ölkələrdə tətbiq edilərək müsbət nəticələr verib.
Baxmayaraq ki, Bakıdan kənarda bir çox regionlarda təbiət qoynunda yerləşən iaşə obyektləri var, lakin onlar öz səliqəliyi və xüsusi hazırlanmış işçi heyətləri ilə turistlərin qəlbini oxşaya bilmirlər. Beləliklə, müştərilər ərzaqların təmizliyindən və heç bir kimyəvi qatgısının olmamasından tam əmin ola biləcəklər.
Təmiz dağ havası və gözəl mənzərədən əlavə burada orqanik məhsulların təqdim olunması nəinki yerli turistəri, həmçinin, xarici turistləri Azərbaycanın təbiətinin nə dərəcədə dadlı və əvəzsiz sərvətlərə sahib olduğunu bir daha sübut edəcək. Yalnız Azərbaycanın ərazisində tapılan ədviyyatlar, bitkilər, otlar salatların hazırlanmasında da müstəsna yer tutur. Bu cür yerlərin olması turistlərin də zövqünü oxşayacaq.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
Turizmin inkişafına dair Dövlət Proqramı ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Bunu nəzərə alaraq regionlarda yaradılacaq iaşə müəssisəsinin uğurlu nəticələr əldə edəcəyinə inanıram.

 

Loyallıq-proqramları

Söhbət müştərini cəlb etməkdən və gedərkən yaxşı xidmət və zalda xoş əhval-ruhiyyəyə bağlanır. Müştəri uğrunda mübarizəni şərti olaraq bir neçə mərhələyə bölmək olar.

Göstərilən xidmətin sürəti. Sizin restoran bir neçə saat ərzində masanı dəfələrlə yeməklə təmin etməyi bacarmalıdır.

Göstərilən xidmətin keyfiyyəti. Ziyarətçinin sizə tez-tez gəlməsini təmin etmək, heç vaxt burda olmayan bir insanı restorana gəlməyə razı salmaqdan daha ucuz başa gəlir.

 

Qanunvericilik

Ədliyyə Nazirliyinin Normativ-Hüquqi Aktlarının Vahid İnternet bazasına əsasən, restoranların fəaliyyətini tənzimləyən 15-dən artıq qanunvericilik sənədi mövcuddur. Ümumi məsələlər “Azərbaycan Respublikasında ticarət, məişət və digər xidmətlərdə (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) qaydaları haqqında” Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Xidmət səviyyəsinə görə ictimai iaşə obyektləri beş kateqoriyaya bölünür: lüks, ali, I, II, III.

Restoranı sertifikatlaşdırmaq və alınan sertifikatı hər iki ildən bir İqtisadiyyat Nazirliyində yenidən rəsmiləşdirmək lazımdır. Qanunvericilik həmçinin vergi orqanlarına, sanitar-epidemioloji və yanğından mühafizə xidmətlərinə müraciəti tələb edir.

Restoran biznesi əksər sahibkarlara yanlış olaraq sadə görünür. Axı siz restoran və ya kafedə o qədər olmusunuz ki, artıq yetişdirmənizin necə olacağını təsəvvür edirsiniz. Lakin istənilən digər biznesdə olduğu kimi, bu sahənin də öz xırdalıqları, sualtı daşları var, vəsait axtarışına başlamazdan əvvəl onları öyrənmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir