Türkiyəli dietoloqlar suyun insan vücuduna və sağlamlığına olan faydalarını müəyyənləşdirərək, susuz qalan insanların həyatlarını riskə atdıqlarını bəyan ediblər.
“Gencaile.az” Türkiyə KİV-ə istinadən suyun 6 möcüzəvi faydasını təqdim edir.
Su iştahanı azaldır və arıqlamağa kömək edir. İnsan bədəni susuz qalanda yağ hüceyrələri çətin parçalanır. Buna görə də pəhriz saxlayanların su içməməsi arıqlamağı çətinləşdirir.
Su ürəyin sağlamlığını qoruyur. Əzələlərin sıx və bütün gücü ilə işləyə bilməsi üçün suyun böyük önəmi var. Susuz qalan insanların qan dövranı zəifləyir, bu halda isə ürəyin ritmi azalır. Qəlbin zəifləməsi ürək xəstəliklərinin yaranmasına səbəb olur.
Gün ərzində 5 stəkan su içən insanla 2 stəkan su içən insanı müqayisə etsək, birincilərin ürək problemləri 41 faiz azlıq təşkil edir. Su – enerjini artırır. Gün ərzində su içməmək beynin inkişafını zəiflədir. Susuzluq insan vücudunu gücdən salır. Əzələlərin 75, sümüklərin 22, qanın 83 faizini su təşkil edir.
Su – baş ağrısı və başgicəllənməsini azaldır. Başınız ağrıyan zaman Asprinə ümid olmağınıza gərək yoxdur. Başınızın ağrıması gün ərzində susuz qalmağınızın göstəricisidir. Başağrınızın keçməsinə su kömək ola bilər.
Yorğunluq və halsızlığa da səbəb suyun az içilməsidir.
Su cildi təmizləyir. Təmiz cild sağlamlığın göstəricisidir. Su çivzələrin azalmasına kömək edir. Əgər dəriniz qurudursa, su için, bu, dərini təbii nəmləndirən ən yaxşı vasitədir. Su bədəndəki toksinlərin xaric olmasına üçün ən yaxşı vasitəçidir. Su diqqəti artırır.
İnsan beyninin 85 faizini su təşkil edir. Susuzluq insanın diqqəti və yaddaşına avtomatik olaraq mənfi təsirini göstərir və beyində enerji səviyyəsini azaldır.