cay

Uşaq əmizdirən ana, üzünü təraş edən kişi nə etsin?

Baxış sayı: 1. 465

Çində tez həll edilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş, soyuq çay formalarına qədər çay öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalıb. Çayın tarixində ən əlamətdar xronologiya 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-da istehsalına başlanılmasıdır.

Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk məlumatlara təxminən 5000 il bundan əvvəlki Çin əlyazmalarında rast gəlinir.

Əfsanəyə görə çayın ilk istifadəsi 5000 il əvvəl Çin imperatoru Şen Nunqun adı ilə bağlıdır. Belə ki, müdrik hökmdar və alim olan imperator içməli suyun sağlamlıq baxımından qaynadılaraq içilməsinin faydalı olacağını düşərək əmr edir ki, ona ancaq qaynadılmış su verilsin. Bir dəfə uzaq bir bölgədə ikən istirahət zamanı xidmətçilər suyu qaynatmaqla məşğul olurlar, elə bu zaman suyun içinə qurumuş yarpaq düşür. Su qaynadıqca rəngi qəhvəyi rəngə çevrilməyə başlayır. İmperator elmi marağından bu içkini dadmağı qərara alır. Bu içki də özünün və tarixin ilk çayı olur.

İndi isə sizə yalnız içki kimi istifadə etdiyimiz çayın faydalarını təqdim edirik:

Dənizə gedərkən qoruyucu günəş kremi çəkməyi unudub dərinizi yandırmısınızsa, yanan hissələrə bir neçə islaq çay paketi qoyun. İsti sudan, ütü buxarından dərinin yanması zamanı da bu üsul yaxşı təsir edir. Günəş yanığı çoxdursa, vannanızın içinə bir-iki çay paketi atıb sonra vanna qəbul edin.

Təraş olduqdan sonra üzünüzün kəsilmiş yerləri göynəyirsə, üstünə yaş çay paketi qoyun.

Quru saçlarınızı heç cür parlaq hala sala bilmirsinizsə, köməyinizə çay çatacaq. Belə ki, 1 litr ilıq suya aromatsız çay qatıb saçlarınızı yaxalayın.

Çibanın üstünə bütün gecə boyunca islanmış çay paketi qoymaqla onun yox olmasına səbəb ola bilərsiniz.

Körpələrinə əmizdirən anaların ən çox əziyyət çəkdikləri problem döş gilələrinin onları incitməsidir. Bunu aradan qaldırmaq üçün hazır çay paketlərini istifadə etdikdən sonra buzla dolu qabın içində 1 dəqiqə saxlayıb döşünüzün ucuna qoyun. Bir neçə dəqiqə saxladıqdan sonra özünüz də ağrının azaldığını hiss edəcəksiniz.

Yorğun, şişmiş və ağrıyan gözlərinizin üstünə ilıq suya batırılmış çay paketi qoyun. 20 dəqiqə gözlədikdən sonra götürün. Çay gözlərinizdəki şişi azaldacaq və ağırını yox edəcək.

Ayaqlarınızdan qoxunu yox etmək üçün hər gün çay vannası edin. Ayaqlarınızı hər gün 20 dəqiqə dəmlənmiş çayla yuyun və bununla da qoxudan azad olun.

Güzgünüzün parıldamasını istəyirsinizsə, çayla təmizləyin. Belə ki, bir kasada tünd çay dəmləyin və bezi çayla isladıb güzgünü silin. Daha sonra isə yumşaq və quru bezlə qurulayın.

Güllərinizi canlandırmaq və daha təravətli göstərmək istəyirsinizsə ətraflarına dəmlənmiş çay puçalını, ya da istifadə olunmuş çay paketini qoyub üstündən də qurumuş yarpaq düzün. Güllərinizi sulayan zaman çayın tərkibində olan vitaminlər bitkilərin inkişaf etməsinə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir