burcler

Hansı bürclər cazibədarlığı ilə diqqət çəkirlər?

Baxış sayı: 1. 892

“Gencaile.az” hansı bürclərin cazibədarlığı ilə diqqət çəkməsi haqqında yazını təqdim edir.

 

Qoç bürcü

Qoç bürcü qadınları adətən özündənrazı olur. Xüsusən də gözəllikləri və geyimləri ilə diqqət çəkmək onların zövq mənbəyidir.
Gözəllik silahınız: Saçlarınızdır.
Gözəllik sirriniz: Özündənrazı dinamik və enerjili obrazınızı tamamlamaq üçün dəriniz də mükəmməl olmalıdır. Dərinin təravətli olması üçün: yaşıl çay, qırmızı bibər, qara çörəkotu, sarımsaq, soğan, xardal otu.

 

Buğa bürcü

Buğa bürcünün qadınları qurman olduğu üçün adətən kök olurlar. Hər kəsdən fərqli görünmək onların başlıca missiyasıdır.
Gözəllik silahınız: Baxışlarınız.
Gözəllik sirriniz: Makiyaj etməkdən xüsusi zövq alırsınız. Parlaq və gözəgəlimli rəngləri görlzərə çəkməklə, artıq çəkini ikinci planda saxlaya bilərsiniz. Aralarında sevmədikləriniz olsa da, sizə faydalı olan bitkilər bunlardır: çobanyastığı, darçın, buğda, kəpəkli taxıllar.

 

Əkizlər bürcü

Əkizlər bürcü adətən uzun və incə tip olur. Dəyişiklikdən xoşları gəlir. Geyim seçimində olduqca cəsur davranırlar. Sizin geyinməyə çəkindiyiniz geyimləri böyük rahatlıqla geyinərək insanları təəccübləndirirlər.
Gözəllik silahınız: Yanaqdakı batıqlarınızdır.
Gözəllik sirriniz: Bal maskası, qırmızı çuğundur suyu, lavanda, yerkökü, yaşıl lobya, fıstıq, ananas, çobanyastığı…

 

Xərçəng bürcü

Xərçənglər sürprizlərlə doludur. Bəzən utancaq, bəzən də çox cəsarətli olurlar. Duyğusal xərçənglər adətən açıq tonlara üstünlük verirlər. Aksessuarları çox sevirlər. Buna baxmayaraq, təbii daşlardan istifadə edirlər. Çünki təbiiliklərini pozmaq istəmirlər. Kimyəvi maddələri sevmədikləri üçün, bəzən heç makiyaj da etmirlər.
Gözəllik sirriniz: Təbii çəkiciliyiniz.
Gözəllik sirriniz: Aromaterapiya, turp, adaçayı, düyü.

 

Şir bürcü

Şir bürcü gözəlliklərini hər kəsə nümayiş etdirməkdən zövq alırlar. Şahzadə kimi görünməkdən ötrü ürəkləri gedir. Diqqət mərkəzində olmasalar, birtəhər olarlar. Gur saçları və baxışları ilə diqqət çəkməyi bacarırlar.
Gözəllik silahınız: Gur saçlar və dəri.
Gözəllik sirriniz: Nar suyu, qoz, nanə, lavanda, badam və çobanyastığı.

 

Qız bürcü

Qız bürcləri çəkici baxışları və ağ dəriləri ilə diqqət mərkəzində olurlar. Hər zaman səliqəli və zövqlə geyinirlər. Məclisdə bütün gözlər onun üzərində olur. Dəriniz yumşaq və həssasdır. Buna görə də mütəmadi olaraq qulluğa ehtiyacı var.
Gözəllik silahınız: Zövqünüz.
Gözəllik sirriniz: Fındıq, qoz, nanə, qatıq.

 

Tərəzi bürcü

Tərəzi bürcünün qadınları cazbidarlığının fərqindədir. Gözəlliklərinə pul xərcləməkdə xəsis deyillər. Cazibədar qadın olmaq üçün nə etməli olduğunu yaxşı bilir. Kişiləri özünə heyran qoymaqdan zövq alır. Ən çox sevdiyi rəng, qaradır. Saç rəngini də tez-tez dəyişdirir.
Gözəllik silahınız: Parlaq dəriniz.
Gözəllik sirriniz: Xoş qoxular, çobanyastığı, böyürtkən, üzüm, alma, taxıl bitkiləri. Cəfəri, zeytun yağı maskası.

 

Əqrəb bürcü

Əqrəblər baxışları və yerişləri ilə hər kəsə meydan oxuyurlar. Özündən razı görünsələr də, əslində, utancaqdılar. Dinamik və enerjili qadındır. Gözəl və incə üz cizgilərinə sahibdir.
Gözəllik silahınız: Sirli qadın obrazınız.
Gözəllik sirriniz: Yanaqlar, dırnaqlar və dodaqlar qaydasında olmalıdır. Əhvalınızı qaldırmaq üçün aromaterapiya və bitki yağları ilə masaj edin. Gözəlliyininzin əsas şərti möhkəm yuxudur.

 

Oxatan bürcü

Sərbəstliklərinə düşkündür. İdmandan zövq alırlar və enerjiləri heç vaxt bitmir, bir yerdə dayana bilmirlər. İşlərinə bağlı, əzmli və məsuliyyətli olduqları üçün iş həyatında lider olurlar. Onlar uzun və atletik bədənə sahibdilər.
Gözəllik silahınız: Enerjiniz.
Gözəllik sirriniz: Qərənfil, zeytun yağı, tut, qreyfurt, üzüm, sarımsaq.

 

Oğlaq bürcü

Oğlaq bürcləri qənaətcil olurlar. Klassik və modern stili məharətlə birləşdirirlər. Adətən nərmə-nazik olurlar. Xüsusən də idman üslubunu çox sevirlər. Qəhvəyi rəngdən vaz keçə bilmirlər. Bu bürclərin ən böyük özəlliyi, nə istədiklərini bilməsidir. Alış-verişdə qiymətə deyil, keyfiyyətə fikir verirlər.
Gözəllik silahınız: Özünüzə olan inamınızdır.
Gözəllik sirriniz: Soğan, qarğıdalı, nanə, süd məhulları, yaşıl çay.

 

Dolça bürcü

Bu bürcün qadınları rahatlığa çox üstünlük verirlər. Modadan daha çox rahatlıqlarını nəzərə alırlar. Dəriləri həssas olduğu üçün mütəmadi olraraq qulluq göstərməlidilər. Məşğul insan olduğunuz üçün gözəlliyinizə ayrımağa vaxtı olmur. Buna diqqət edin.
Gözəllik silahınız: Gözləriniz
Gözəllik sirriniz: Vitaminlər, yaşıl bitkilər və kivi.

 

Balıq bürcü

Balıqlar çəkici və cəzibədar olduğu üçün getdiyi hər yerdə bəyənilən qadın tipidir. Gözəl və zərifdir. Romantik tərəfləri onu da da çəkici edir.
Gözəllik silahınız: Romantikliyiniz.
Gözəllik sirriniz: Dərini ağardan yulaf maskası, təzə sıxılmış meyvə suyu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir