seker tozu

Üç həftə ərzində şəkərdən necə xilas ola bilərik?

Baxış sayı: 1. 319

Şəkərli qidaların həddindən artıq istifadəsi asılılığa səbəb olur. Təbii ki, sağlamlığımız üçün çox zərərli olan şəkər asılılığından xilas olmağın yolları var.

“Şəkər istifadəsini necə azalda bilərik”, “Şəkər asılılığından xilas olmaq üçün hansı yollar var” və s. bu kimi suallar insanları hər zaman maraqlandırır.

Nə qədər çox şəkər yeyərsəniz, bir o qədər çox istəyəcəksiniz. Ona görə də şəkər qəbulunu azaltmaq sağlamlığınız üçün önəmlidir. Əslində əlavə şəkər qəbuluna ehtiyac da yoxdur. İnsan bədəni lazım olan şəkəri meyvə və quru paxlalılardan təmin edə bilir.

 

Üç həftə ərzində şəkərdən necə xilas ola bilərik?

Картинки по запросу Şəkər
1-ci həftə: Özünüzü hazırlayın və şəkərin yerini sağlam alternativlərlə doldurun…

Şəkərsiz yaşam tərzinin ilk həftəsində özünüzü psixoloji olaraq hazırlayın. Paketlənmiş qidalar aldıqda üzərindəki tərkib hissəsini yaxşıca oxuyun. Şəkər barədə məlumat daha öncə heç eşitmədiyiniz bir ad altında yazılmış ola bilər. Ona görə də internetdə şəkərin fərqli adlarını öyrənin. İlk həftənin hər günü bir və ya iki dəfə yemək qaşığı ilə bal yeməyə çalışın. Bu mərhələdə sağlam və lifli təbii şəkər mənbəyi olan meyvələr yeyin.

Картинки по запросу Şəkər

2-ci həftə: Şəkər yerinə qəbul etdiyiniz qidaları azaldın…

İkinci həftədə hər gün şəkər əvəzinə yediyiniz bal və s. bu kimi alternativləri yeməyin. İnsanlar şəkər qəbulunu böyük ölçüdə azaltdıqda onların enerjilərində də bu, özünün ciddi təsirini göstərir. İkinci həftədə bol-bol su içib, uzun müddət ərzində dincəlməyə çalışın. Enerjinizi təmin etmək üçün isə şəkər yerinə zülal tərkibli qidalar qəbul edin.

Картинки по запросу şekere son

3-cü həftə: Şəkəri həyatınızdan tamamilə çıxarın…

Üçüncü həftəyə gəldikdə isə şəkərdən istifadəni tamamilə tərgitməyiniz daha asan olacaq. Gündəlik qəbul etdiyiniz şirin qidaları sıfıra endirməyə çalışın. Gün ərzində 1-3 ədəd meyvə qəbul etməyi unutmayın.

Əgər enerjinizin azaldığını hiss etsəniz, templi bir gəzintiyə çıxın. Təbiniz çəkdiyi zamanda təmiz tərkibli şirin qidaları yeməkdən çəkinməyin. Lakin bunun həyatınızın bir parçasına çevrilməsinə də imkan verməyin.

 

Turan Oruc

Картинки по запросу şeker




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir