hamile

Bu yazını hamilələr oxusun!

Baxış sayı: 1. 665

Sağlam bir hamiləlik keçirmək üçün bəzi vitamin və mineralları bol miqdarda qəbul etmək lazımdır. Bunlardan biri də dəmirdir.

Hamiləlikdən əvvəl ehtiyac duyulan dəmir miqdarı 8 mq olduğu halda, hamilə olan qadınlar gündəlik olaraq 27 mq dəmir qəbul etməlidir. Dəmir həm ana, həm də körpə üçün hemoqlabin istehsalına kömək edir. Hamiləlikdə yaşanan dəmir çatışmazlığı  ananın və körpənin sağlamlığına mənfi təsir edir. Yorğunluq, zəiflik, nəfəs darlığı, diqqət əskikliyinə səbəb olur. Hemoqlabin kifayət qədər olmasa, az çəkili doğuş, doğuşda həddən çox qan itkisi yaşana bilər. Hamiləlikdə rastlanan anemiya doğuşdan sonra depressiyaya da səbəb ola bilir.

Hamiləlikdə dəmir çatışmazlığının qarşısını necə almaq olar?

Dəmir tərkibli qidalar qəbul eməklə bu ehtiyacınızı ödəyə bilərsiniz.

Qırmızı və ağ ət

Paxlalılar

Qüvvətli səhər yeməyi

İspanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlər

Quru meyvələr

C vtamini dəmir “əmilməsini” artırdığı üçün dəmir tərkibli qidaları C vitaminli qidalarla qarışdıra bilərsiniz. Həkiminizin  dəmir çatışmazlığı ilə bağlı verdiyi məsləhətlərə əməl edin. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir