reqemler

Rəqəmlərin sirri

Baxış sayı: 1. 560

Rəqəmlərin sirri hər zaman maraq doğuran mövzulardan olub. Kimsə 13 rəqəminin onun üçün nəhs olduğunu deyib, kimsə 66-nın və ya başqasının. Uğurlu rəqəmi olanlar da var. Onlar da şad günlərini hər zaman həmin tarixlərdə qeyd edirlər.

Amma buna dünyanın bütün ölkələrində, bütün xalqlar arasında rast gəlmək mümkündür. Məsələn, İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki Allahın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.

Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan…

İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir. İslam inanclarına görə, günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə, ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə, qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.

Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar. Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar. Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.

Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor “1” rəqəmini İlahi güc kimi qəbul edir, “10” rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 – rəngin, 6 – soyuğun, 7 – sağlığın, 8 – sevginin rəqəmidir.

Bəzi inanclara görə 13 ölüm rəqəmidir. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərəninin təyyarələrində 13 saylı kreslo olmur. Amma alimlər bu qorxunu xürafat sayır və deyilənlərə inanmır.

İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərəninin təyyarələrində 13 saylı kreslo olmur.

Bu gün insanların qorxduğu, çəkindiyi, bəzilərinin isə sevdiyi rəqəmlərdən biri də 666-dır. 666 şeytan rəqəmi kimi qəbul edilib. Üç 6-nın birləşməsi bəziləri üçün faciə deməkdir. 06.06.2006 tarixi bütün dünyanın gərginliklə qarşıladığı bir gün olub. Belə ki, hətta hamilə qadınlar uşaqlarının bu tarixdə doğulmaması üçün əllərindən gələni etməyə çalışıblar. İnanclara görə, bu gün doğulan uşaq şeytan xislətli, uğursuz ola bilərmiş. Onu da deyək ki, bu inanca dünya şöhrətli siyasətçilər belə inanır. Elmdə də 666 rəqəmi əks olunub. Həyatın qaynağı sayılan karbon atomlarının tərkibi belədir: 6 proton, 6 neytron, 6 elektron. Yəni, 6-6-6.

İnsanları daim düşündürən rəqəmlərdən biri də 9-dur. 9 mütləqiyyət rəmzidir. 10 isə mənasız rəqəm sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir