Bir çox kimyəvi maddələr sinədə şişin yaranmasına səbəb ola bilir. Alimlər bununla bağlı hər gün yeni araşdırmalar aparırlar. Xərçəngdən qorunmaq üçün müxtəlif kəşflər edirlər. Lakin gündəlik həyatımıza bizdən xəbərsiz daxil olan kimyəvi maddələrdən qorunmaq imkansız deyil.
“Gencaile.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da Silent Spring İnstitutunun alimləri siçanlar üzərində araşdırma aparıblar. Araşdırma qrupu döş xərçənginə tutulan qadınların ən çox məruz qaldığı zərərli kimyəvi maddələri tapıb və bu maddələrdən necə uzaq durmağa dair yol xəritəsi hazırlayıb. Qadınların çoxu bu cür kimyəvi maddələrə fikir vermir. Bəs hansı kimyəvi maddələrdən uzaq durmaq lazımdır?
1. Benzin, dizel və yanacaqla işləyən alətlərdən istifadə edin. Elektriklə işləyən alətlərə üstünlük verin.
2. Yemək hazırlayan zaman havalandırma cihazından istifadə edin. Yağda qızardılmış qidaları azaldın.
3. Poliüretan köpüklü mebellər və əşyalardan uzaq durun.
4. Geyimlərinizi ləkəni bir neçə saniyədə aparan kimyəvi təmizləməyə aparmayın.