Excited young bride in veil holding bouquet

Gəlinliyə uyğun duvağı necə seçməli?

Baxış sayı: 1. 546

Hər bir gənc qız ən özəl günü olan toy günündə qüsursuz görünmək istəyir. Bu məqsədlə gələcəyin gəlinləri onlara təklif edilən bir çox modellər arasından vücudlarına ən uygun gördükləri gəlinlik modelini seçirlər. Ancaq seçilən gəlinlik doğru aksessuarlarla tamamlanmazsa o zaman qüsursuz görüntü əldə etmək də mümkün olmayacaq.

Duvaq modelləri arasında üzü örtən, qabarıq, rahibə, uzun və qısa duvaq modelləri mövcudur.

1.
 Qabarıq gəlinliklər üçün qısa duvaq modelləri daha uyğundur. Bu modeldə sizin boyunuz vizual olaraq daha uzun görünəcək.

2. Dar kəsimli və balıq model gəlinliklər üçün isə uzun duvaq modellerini seçmək daha məqsədəuyğundur. Bu model əsasən incə və uzun xanımlar üçün nəzərdə tutulub.

3. Uzun və eyni zamanda qabarıq duvaq modelləri tam sadə gəlinliklər üçün nəzərdə tutulub. Qabarıq gəlinliklərlə bu cür duvaq modeli sizi olduğunuzdan daha artıq çəkili göstərə bilər.

4. Əğər seçdiyiniz gəlinlik modeli az qabarıq və a formalıdırsa o zaman uzun və qat-qat duvaqla gəlinliyinizi doğru şəkildə tamamlaya bilərsiniz. Hatta duvaqda işlənmiş güpür detalları bu model gəlinliklər üçün qüsursuz bir mənzərə yaradacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir