qadin

İngiliscə öyrənmək üçün ən effektiv 7 mobil tətbiq

Baxış sayı: 1. 304
Yəqin ki, hər ay dil öyrənmək üçün pul ödədiyin müəllimlərin, kursların sıxıcı və ənənəvi tədris metodlarından bezənlər yox deyil . Hələ valideynlərin və qohumların ingliscə öyrəndiyin halda yaponca belə danışa biləcəyin illüziyasına səmimi qəlbdən inanmalarını demirəm. Elə isə gəlin, saatlarla dil öyrənəcəyiniz əyləncəli və maraqlı yeddi mobil tətbiqlə yaxından tanış olaq.
 Image result for Ä°ngiliscə Öyrənə Biləcəyiniz Ən Effektiv 7 Mobil Tətbiq

1. Memrise

1. MemriseBu tətbiqdə ingliscə daxil olmaqla dünyanın başqa aparıcı dillərini həm oyun oynamaqla, həm şəkillərlə, həm yazaraq, həm də tələffüz edərək öyrənə bilərsiniz. Həmçinin qeyd edək ki, Memrise 2017-ci ilin ən yaxşı tətbiqi adını qazanmışdı.

2. Duolingo

2. DuolingoDuolingo ilə  sözləri, söz birləşmələri və cümlələri həm yazılı, həm də səsli tərcümə edərək öyrənmək mümkündür.  Bu tətbiq dil öyrətməklə bərabər sizin günlük, həftəlik, aylıq mənimsəmə  hesabatlarınızı da hazırlayır.

3. Rosetta Stone

3. Rosetta StoneDigər tətbiqlərdən fərqli olaraq Rosetta Stone ingliscəni elə ingliscə öyrədir. “Tərcümə etmədən  öyrənmək mümkün deyil.” – deyirsinizsə, yanıldığınız üçün sevinməlisiniz, çünki bu, mümkündür.

 

4. Busuu

4. BusuuÖzünəməxsusluğu ondadır ki, bir çox öyrənmə metodunu özündə birləşdirən tətbiqdə həmçinin ana dili ingliscə olan real insanlarla əlaqə yaratmaq, onlarla danışaraq dil biliklərinə yiyələnmək imkanı var. Amma, siz busuu‘z (!) ingliscə öyrənə bilməzsiniz demirik. Çünki aşağıdakı təkliflər də var.

5. Speaky

5. SpeakyHəm də çat funksiyası daşıyan Speaky 180 ölkədən insanlarla tanış olmaq, sizə ən uyğun dil partnerini tapmaq kimi özəlliyi ilə fərqlənir.

6. HelloTalk

6. HelloTalk“Dünyadakı hər kəs sizin müəlliminizdir.” devizini bu tətbiqə aid etmək olar. Ona görə ki, burada dünyanın hər tərəfindən istədiyiniz dildə danışan adamı tapıb söhbətləşə bilərsiniz. HelloTalk həmçinin istifadə etdiyiniz simvol sayı və danışıq vaxtını hesablayıb hansı nəticələri göstərdiyiniz barədə sizə məlumat verəcək.

7. HiNative

7. HiNative Aksentində hansısa səhvlərin olduğunu düşünürsünüz və kimdənsə həmin dildə nəsə soruşmağa utanırsınız? Məncə, indi bütün kompleksləriniz “dizlərin yerə atacaq”. Çünki bu tətbiq sizə məhz bu imkanları verir; ləhcələri düzgün mənimsəmək, frazeoloji birləşmələrlə tanış olmaq və ən əsası düzgün tələffüz və ifadə etmək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir