dondurma

Ev şəraitində şokoladlı plombir necə hazırlanır?

Baxış sayı: 1. 602

Bu isti yay günlərində yegənə xilaskarımız sərinləşdirici içkilər və soyuq dondurmalardır. “Gencaile.az” asan və dadlı şokoladlı plombir reseptini təqdim edir.

 

Tərkibi:

1 stəkan süd

400qr şəkər tozu

100qr şokolad

6 ədəd yumurta sarısı

3 stəkan yağlı qaymaq

Image result for planbir dondurma

Hazırlanma qaydası:

Süd, şəkər tozu və yumurta sarılarını bir qabda su hamamına qoyun.

Üzərinə şokoladı sındırıb əlavə edin. Bu qarışığı qatılaşanadək qarışdırın.

Qarışığı soyudun və möhkəm çalınmış qaymaqla birləşdirin.

Qarışığı yaxşıca qarışdırın və dondurma formalarına yaxudda sadə qabda soyuducuya yerləşdirin.

Zövqə görə dondurmanı süfrəyə meyvə dilimləri ilə verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir