İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, sevgililər ayrılsa da, şəkillərini saxlayırlar.
Araşdırma zamanı 21 milyon 600 min insanın keçmiş sevgilisinin fotosunu hələ də saxladığı ortaya çıxıb. Kişilərin yüzdə 56-sı, qadınların isə yüzdə 61-i keçmiş sevgilisinin fotolarını saxlayır. Ancaq kişilər keçmiş sevgisinə daha bağlı olurlar.
Kişilərin yüzdə 12-si keçmiş sevgililəri üçün hələ də qəlblərində bir şeylər hiss etsə də, qadınların yüzdə 5-i bu duyğulara sahibdir. Hər 5 kişidən biri yeni sevgilisindən çəkindiyi üçün bu fotoları gizli saxlayır.
Psixoloq Corinne Suetinin açıqlamasına görə, keçmişi əks etdirən və xatirələri canlandıran bu fotolar çox güclü duyğulara işarə edir.