QIDA

Qızıllı mərcidən kapuçinoya qədər - Dünyanın ən bahalı qızıllı təamları

Baxış sayı: 533

Bir porsiya dondurmaya 25 min dollar ödəyərdinizmi? Bəs üzəri qızılla örtülmüş steyk və ya 2 min dollarlıq pizza dadmaq istərdinizmi? Dünyanın bəzi restoranlarında qızıl artıq təkcə zinət əşyası deyil, həm də yeməklərin tərkib hissəsidir.

Dünyanın müxtəlif ölkələrində 24 əyarlı yeməli qızılla hazırlanan qeyri-adi təamlar təqdim olunur.

Qeyd edək ki, qida üçün xüsusi emaldan keçirilmiş qızılın heç bir qida dəyəri yoxdur. Lakin az miqdarda istehlakı təhlükəsiz hesab edilir.

Bəs qızılla hazırlanan bu yeməklər hansılardır və qiymətləri nə qədərdir?

Qızıllı mərci yeməyi

Dubayda yerləşən “Kashkan” restoranında adi mərci yeməyi lüks təama çevrilib. Məşhur aşpaz Ranvir Brar yeməyin üzərinə 24 əyarlı yeməli qızıl əlavə edir. “Dal Kashkan” adlanan bu təam xüsusi taxta qutuda təqdim olunur və qiyməti 58 dirhəmdir.

You can now enjoy a 24-carat gold foil icecream for Rs 1000 in Mumbai | Food-wine News - The Indian Express

Qızıl örtüklü dondurma 

Hindistanın İndor şəhərində fəaliyyət göstərən “Prakash Kulfi” mağazası dondurmanı 24 əyarlı qızıl təbəqəsinə bükərək satır. Qeyri-adi görünüşü ilə diqqət çəkən desertin qiyməti 351 rupidir.

2 min dollarlıq pizza

ABŞ-də aşpaz Bruk Bayevski məşhur müştərisi üçün 2 min dollar dəyərində pizza hazırlayıb. Pizzanın özəlliyi təkcə bahalı inqrediyentlərində deyil. Onun sousuna və üzərinə 24 əyarlı qızıl hissəcikləri də əlavə edilib.

Qızıllı kruassan

Dubaydakı “Flaky Pastry Croissant Co.” adi kruassanı dəbdəbəli desertə çevirib. Şirniyyat südlü şokoladla örtülür, içərisinə şokolad kremi doldurulur və üzəri 24 əyarlı yeməli qızılla bəzədilir.

Qızıllı kapuçino

Dubayın məşhur “Burj Al Arab” hotelində qəhvə də qızılla təqdim olunur. “The Ultimate Gold Cappuccino” adlanan içki Arabika qəhvəsi, süd köpüyü və 24 əyarlı qızıldan hazırlanır. Nəşrin məlumatına görə, onun qiyməti təxminən 1921 Hindistan rupisi olub.

25 min dollarlıq dondurma

Siyahının ən bahalı təamı isə Nyu-Yorkdakı “Serendipity3” restoranında təqdim edilən “Frrrozen Haute Chocolate” desertidir.

Qiyməti 25 min dollar olan bu dondurmanın hazırlanmasında 5 qram 23 əyarlı yeməli qızıldan istifadə olunur.

Desert qızılla örtülmüş xüsusi qabda təqdim edilir. Qabın alt hissəsində brilyantlarla bəzədilmiş 18 əyarlı qızıl bilərzik yerləşir. Üstəlik, müştəriyə brilyantlarla bəzədilmiş qızıl qaşıq verilir və həmin qaşığı özü ilə aparmaq mümkündür. Bu qeyri-adi desert 2007-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.

Qeyd edək ki, göstərilən qiymətlər zamanla dəyişə bilər.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir