qadin

Qadınların izləməli olduğu 12 film

Baxış sayı: 1. 373

Bəzi filmlər bizi uzun müddət düşündürür. Digərlərini isə, sadəcə izləyirik və müəyyən müddətdən sonra unuduruq. Bəzi filmlər zərif cins nümayəndələri tərəfindən daha çox bəyənilir, amma bu filmlərin heç də hamısı sevgi haqqında deyil. Qadınların özləri kimi bu filmlər də çoxşaxəli və gözlənilməzdir.

Bunu unutmayın – bəzən düzgün zamanda izlənən filmin məzmunu sizin həyatınızı dəyişə bilər. Bu gün sizə həyatınızı dəyişə biləcək 12 film təqdim edirik.

 

1. La Vie en Rose 

la_vie_en_rose04  Film məşhur fransız mügənnisi Edith Piafın həyatından bəhs edir. Filmdə onun uşaqlığından ölümünə qədər olan müddətdə uğurları, şəxsi həyatındakı çöküşləri və xəyal qırıqlıqları  yer almışdır. Hadisələr Parisdə cərəyan edir. Filmdə biz şəhərin işıqlarının ancaq oranı tanımayanlar üçün gözəl və romantik olduğunu görürük.

2. G.I. Jane

41355-r3l8t8d-650-3327_900  Hər hansı qarışıq və döyüş səhnələri olmayan bir film. İnsanın həqiqi gücünü göstərən filmlərdən biri və mükəmməli.

3. Mona Lisa Smile 

41505-r3l8t8d-650-5gk  Bu film ləyaqət, cəsarət və məqsədi möhkəmləndirmək dəyərlərini sizə öyrədəcək. Müharibədən sonrakı dövrdə qızlar kollecində müəllim işləyən Katherine Ann, ancaq qəsəbə sakinləri çox mühafizəkardırlar. Katherine qızların həyata baxışını dəyişmək üçün çalışır.
4. Million Dollar Baby

41705-r3l8t8d-650-c87aeb7a9624be1124ab197a3b9e5c19  Frankie adlı məşqçi artıq yaşlanıb, ancaq ayaqları üstündə durmağı bacarır. Bütün həyatını boks rinqlərində döyüşmək üçün döyüşçülər yetişdirən çox təcrübəli məşqçidir. Öyrətdiyi boksçuların hər birinə “Hər zaman hər şeydən öncə özünü qorumalısan” deyir. Yaşına və həyatında yaşadığı problemlərə görə məşqlərdən uzaqlaşmışdır. Ancaq bir gün boks salonuna Maggie adlı bir qadın gəlir və Frankie bildiyi hər şeyi bu qadına öyrədir. 4 nominasiya üzrə Oscar alan bu filmə baxmamaq üçün səbəb yoxdur.
5. The Devil Wears Prada

41755-r3l8t8d-650-devilwearsprada_32  Birmənalı şəkildə, moda dünyası gözəldir. J Ancaq bununla yanaşı, qəddarlıqları da var. Hətta ən kiçik uğursuzluq belə onun zirvəsindən ən aşağı düşürə bilər. Film digər komedik-dram filmlərinə bənzəsə də, onlardan daha maraqlıdır.
6. Revolutionary Road

41005-r3l8t8d-650-0  Film XX əsrdə ABŞ-da yaşayan bir ailə və uşaqlarının həyatı haqqındadır. Evdən qurtulmaq üçün Parisə qaça bilərsiniz, ancaq bu siz düşündüyünüz qədər sadə olmayacaq. Siz əhatənizi dəyişə bilərsiniz, amma heç vaxt özünüzdən qaça bilməzsiniz. Və harada olursunuzsa, olun içinizdəki boşluğu hiss edəcəksiniz. Leonardo DiCaprionun baş rol aldığı bu filmi izləmək əsla vaxt itkisi sayılmaz.
7. The Queen

41905-r3l8t8d-650-helenmirrenithequeen  Stephen Frears-ın rejissorluq etdiyi filmdə Şahzadə Diananın ölümü ilə Britaniya kral ailəsinin həyatındakı çətin dövr təsvir olunmuşdur. Filmdə eyni zamanda Kraliça II Elizabeth və prezident Tony Blair-in xalqın özünə gəlməsi üçün atdığı addımlardan və xalqın liderlərlərindən dəstək görməsindən bəhs olunur. “Bir tac daşıyan baş hüzursuzdur…”

8. Frida

41555-r3l8t8d-650-6767  18 yaşında Frida ağır avtoqəza keçirir. Qəzadan aldığı travmalar, onun həyatının sonuna kimi əziyyət verir. Xəstəxanada onun müalicəsinin ilkin mərhələsi Kai qardaşlarının yaratdığı dəhşət çərçivəsində, animasiya kimi göstərilir. Atası ağrıların bir az azalması üçün Fridaya şəkil çəkməyə kətan gətirir. Frida tərpənmək imkanı olmadığı üçün, xəstəxana yatağında uzanaraq şəkil çəkir. Bu filmdə həmçinin Fridanın həyat yoldaşı ilə (Diego Rivera) əlaqələri göstərilir, onun başqa qadınlarla xəyanəti Fridada ərinə qarşı qəzəb hissi yaradır. “Frida” yalnız möcüzəvi bir sənətçinin hekayəsi deyil, eyni zamanda sevgisi və ailəsi hər şeydən vacib olan qadının həyatıdır. İki Oscar almış bu film sizə çox şey öyrədəcəkdir. Onu da qeyd edək ki, filmin soundtrackləri də olduqca möhtəşəmdir.
9. Eat Pray Love

41605-r3l8t8d-650-7594210-r3l8t8d-650-35fcd74c52e7bb44ae216cd13c8c69a4  Filmdə həyatı anlamaq və ona rəng qatmaq istəyən macəra sevən qadının həyatından bəhs olunur. Adı “İ” hərfi ilə başlayan ölkələrə səyahət edən qadının yaşadıqları sizdə də həyəcan yaradacaq. Bu film özünüdərketmə mövzusunda mükəmməldir.
10. Elizabeth: The Golden Age

41455-r3l8t8d-650-593534  Kraliçanın çətin həyatından bəhs edən bir film daha, ancaq burada tarix və monarxiya haqqında məlumatlar daha azdır. Elizabethin şəxsi həyatının daha qabarıq ekranlaşdırıldığı film özündə ehtirası, xəyanəti, macəranı və əzəməti əks etdirir.
11. Where the Heart Is

41405-r3l8t8d-650-44870_original

Sevgi, bağışlanma və dostluq haqqında bir film. Süjet xətti köhnə görünsə də, başqaları kimi deyil. Gənc oğlan hamilə olan sevgilisindən ayrılır, ancaq bu göründüyü qədər də dəhşətli deyil. Siz ümidsizliyə qapılmamalısınız, dünyaya qarşı çıxın. Siz irəli addımlamalı, keçmişin pərişanlığını unutmalı, başqalarına kömək etməli və həyatdan zövq almalısınız. Təbii ki, bu ifadələri siz daha əvvəl min dəfə eşitmisiniz, lakin bu həqiqətən də xoşbəxtliyin açarıdır.
12. The Messenger: The Story of Joan of Arc

41105-r3l8t8d-650-1340016643_levtor_org  Həqiqətən də möhtəşəm film. Bu mövzuda oxşar irimiqyaslı, tarixi kinolar kimi yorucu deyil. Güclü inam və ədalət hissi təsvir olunan filmin də sizlərin zövqünə oxşayacağını düşünürəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir