seyahet

Səyahət etmək sizi necə dəyişir?

Baxış sayı: 2. 486

Səyahət istəsəniz də istəməsəniz də sizi tamamilə dəyişəcək gücə malikdir. Necə? Bu sualın cavabını yazını sonadək oxumaqla öyrənə bilərsiniz.

 

Səyahət sizi komfort zonanızdan çıxmağa məcbur edir

Əlbəttə ki, yaxşı mənada. Əgər komfort zonanızdan çıxıb səyahət etməyə başlasanız, gözlədiyinizdən qat-qat daha çox öyrənəcəksiniz. İnsanlarla başqa dildə danışmalı olacaq, müxtəlif yeməklər dadacaqsınız və ən əsası ev komfortundan uzaq bir yerdə yaşayacaqsınız.

 

Səyahət sizə özgüvən qazandırır

Səyahətdə başınıza hər cür iş gələ bilər: yolunuzu aza, əşyanızı itirə bilərsiniz. Lakin bunların altından çıxmağa məcbur olduğunuz üçün mütləq bir yol tapacaqsınız. Müxtəlif situasiyalarla rastlaşdıqdan və həllini tapa bildiyinizi gördükdən sonra özünüzdən əminliyiniz artacaq.

 

Səyahət etmək sizi daha maraqlı bir insana çevirir

Yeni yerlər və insanlarla tanış olur, hekayələr eşidirsiniz. Bunların hamısı səyahətdən əvvəlki düşüncənizi dəyişir, özünüz üçün yeni şeylər kəşf edirsiniz, bunlar isə sizi yaxşı mənada daxildən dəyişməyə başlayır. Bir müddətdən sonra isə sizin başqalarına danışmağa bir hekayəniz olacaq.

 

Dəyişiklik – təməl ehtiyacdır

Heç kim bir yerə yapışıb qalmaq və monoton həyat sürmək istəmir. Təəssüf ki, çoxumuz gündəlik rutin həyatımızda ilişib qalmışıq. Dəyişiklik zəruridir, bu, insanın 6 fundamental ehtiyacından biridir – müxtəliflik bizə canlı insan olduğumuzu və təbiətlə bağlılığımızı xatırladır. Dəyişiklik bizə özümüz və həyatımız haqqında yeni şeylər öyrənməyə və inkişaf etməyə kömək edir.  Səyahət zamanı yaşadığımız dəyişikliklər evə döndükdən sonra və yeni situasiyalara adaptasiyanı asanlaşdırır. Gözlənilməz hadisələrlə rastlaşdıqda panika hissinə qapılmırıq.

 

Səyahət sizin şəxsi bacarıqlarınızı inkişaf etdirir

Bu bacarıqlar məktəbdə öyrədilmir, yalnız təcrübə nəticəsində onlara yiyələnə bilərsiniz. Səyahət sizə daha yetkin, müstəqil, özünüzdən əmin olmağı öyrədir. Bundan başqa sizin ünsiyyət, vaxt idarə etmə, inadkarlıq, liderlik kimi çox vacib bacarıqlarınızın yaranmasına və inkişafına kömək edir.

 

Özünüz haqqda daha çox şey öyrənirsiniz

Klişe səslənsə də heç kim inkar edə bilməz ki, özümüzü öyrəşdiyimiz mühitdən kənara çıxardıqda nəyə qadir olduğumuzu daha yaxşı anlayırıq. Əvvəlcə qəbul etmək çətin olsa da bu böyük dünyada nə qədər kiçik və əhəmyyətsiz olduğumuzun fərqinə varırıq. Xüsusilə də tək səyahət etmək bizə nəyi sevib nəyi sevmədiyimizi, nəyin bizim üçün vacib olduğunu, nələrin heç bir əhəmiyyəti olmadığını aydınlaşdırmağa kömək edir. Gündəlik və ya bloq yazmaqla siz daim dönüb arxaya baxa və səyahətlərdə nələr öyrəndiyinizi görə bilərsiniz.

 

Minnətdar olmağı öyrənirsiniz

Rahat həyatımız və ətrafımızda bizim kimi insanların olduğu bir mühitdə yaşadığımızı tez-tez unuduruq. Lakin çox kasıb ölkələrə səyahət etdikdə bizdə mövcud olan imkanların nə qədər dəyərli olduğunu başa düşürük. Belə təcrübələr bizə özümüzü daha az şanslı insanlarla müqayisə etməyə və minnətdar olmağa öyrədir.

 

 

Jalə Nəcəfova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir