deb

Dəb bilicisindən 2019-cu ilin trendləri ilə bağlı PROQNOZ: Çirkli saç, köhnə paltar… – VİDEO

Baxış sayı: 1. 248

“Модный приговор” verilişinin aparıcısı və moda tarixçisi Aleksandr Vasilyev bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, bomj kimi geyinmək trenddir.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, Aleksandr Vasilyev 2019-ci ilin dəb cərəyanları barədə danışıb. Moda eksperti 80-90-cı illərin trendlərinin gələn il aktual olacağını deyib. Daha sonra sözlərinə əlavə edib ki, səfalət, yoxsulluq və çirkli saçlar dəbdədir.

“Səfil və yoxsul kimi görünmək indi dəbdədir, odur ki, cəmiyyətin tullantıları çox populyardır. İndi yırtıq və yamaqlar dəbdədir, özü də sadəcə cinslərdə deyil. Çirkli saçlar, saqqal və bığlar trenddir. Avropaya köçən qaçqınların hamısı trenddir. Əgər qaçqınlar kimi geyinmisinizsə, deməli, tendensiyalara əməl etmisiniz. Həddən artıq yeni bir şey və baha heç nə almayın. İkinci əl məhsullarla keçinin, bu, indi dəbdədir”, – deyə Rusiyanın moda ən yaxşı bilicilərindən biri olan mütəxəssis bildirib.

Aleksandr Vasilyevin fikrincə, 90-cı illərin tendensiyaları gələn il hər yerdə qarşımıza çıxıb: “Mühüm tendensiyalar haqqında ciddi danışsaq, demək lazımdır ki, 80-ci illərin disko tərzi indi çox məşhurdur. Odur ki, parıltılı, gümüş, qızıl, straz və zərxara ilə bağlı olan geyimlər alın. Gündəlik geyimlər haqqında danışsaq, indi cins-varyonkalar dəbdədir. 91-ci illərin fasonu: iri çiyinliklərlə yırtılmış cinslər və 90-ci ildən bəri kim dəyişməyibsə, yenə trenddir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir