yemek

“Harda nə yeyək?” – BELARUS MƏTBƏXİ

Baxış sayı: 1. 507

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə Belarus mətbəxindən bəhs edəcəyik.

Belarus mətbəxi ət və region üçün səciyyəvi müxtəlif  tərəvəzlərə əsaslanan Şərqi və Şimali Avropa ölkələrinin mətbəxləri ilə eyni köklərə malikdir. Belarus mətbəxi əsasən slavyan köklərinə malikdir. Eyni zamanda, Litva və Polşa mətbəxi ilə də əlaqələri çoxdur ki, bu da bu üç xalqın uzunmüddətli qarışmasının nəticəsidir: Belarus zadəganları Polşa elitası kimi italyan, alman və fransız mətbəxindən bir çox yeməkləri qəbul ediblər. Hələ də həmin yeməklərin bəziləri cəmiyyətdə yayılmışdır. Məsələn, italyan lazanyası əsasında yaranmış lazanki (pörtlədilmiş ətlə xəmirin qarışığı) və alman mətbəxi üçün səciyyəvi olan kartofdan hazırlanmış yeməklər.

Image result for Draniki

Müasir Belarus mətbəxi hələ də Sovet keçmişinin təsirindədir və bir çox yerli restoran yerli mətbəx nümunələrindən çox rus və ya Sovet yeməklərini təqdim edirlər. Lakin, draniki (boş və ya doldurulmuş), borş, xaladnik, maçanka, zrazı, soyuq ət rulonları, göbələk doldurulmuş yumurta, qalubtsı, qızardılmış donuz sosisi və blinçikləri, eləcə də çovdar çörəyini hər yerdə tapmaq mümkündür.

 

TƏRƏVƏZLƏR

Əsas tərəvəzlər kələm (adətən kələm turşusu üçün) və çuğundurdur. Turp, şalğam və yerkökü kimi pörtlədilmiş və qaynadılmış (az miqdarda süd əlavə etməklə) tərəvəzlər isə daha az populyardır. Avropanın hər yerində olduğu kimi, Belarusda da paxlalılar əsas zülal mənbəyidir və əsasən əridilmiş salo ilə hazırlanmış noxud və ya lobya püresi şəklində istifadə edilir.

 

ŞORBALAR

18-ci əsrə qədər Belarusda “sup” (şorba) sözü məlum deyildi, ta ki, zadəganlar bu sözü alman dilindən götürənə qədər. Lakin bir yemək növü kimi şorba əsrlər əvvəl mövcud olmuşdur. Ənənəvi Belarus şorbası üçün köhnə söz “poluyka” (belar. поліўка) idi. Lakin əsas tərkib hissəsi bitkilərdən ibarət olanların öz adları da var idi, məsələn, kələm şorbası – kapusta, çuğundur şorbası – buraki, şalğam şorbası – qrijanka. Tipik poluyka üçün əsas inqredientlər (pravoslav orucluğu vaxtı balıq və ya göbələk) sayılan arpa və ya darı kimi dənli bitkilər əvvəlcə ədviyyatlarla qaynadılıb bulyon hazırlanır, daha sonra unla su, çörək kvası, çuğundur şirəsi və ya ayran qatılıb bulyonun içinə qarışdırılır. Qaz və ya donuz qanı ilə hazırlanan qara poluyka İsveç “qara şorbası” svartsoppa ilə yaxındır. Adətə görə, evə gələn elçilərə qara poluyka təklif etmək qızın valideynləri tərəfindən elçilərə nəzakətli şəkildə “yox” deməyin bir yolu sayılırdı. Ukraynalılar, ruslar və polyaklar kimi, belaruslar da borş sevirlər. Ümumiyyətlə, suplar orijinallığını daha çox qoruyublar. Həm şi, borş, turşəng şorbası kimi isti şorbalar, həm də yayda sərinlədici soyuq turşməzə şorbalar.

Belarus xaladniki (belar. халаднiк) – çuğundurdan, çuğundur yarpaqlarından və ya turşəngdən hazırlanmış və smetan, yaxşı qaynadılmış yumurta və qaynadılmış kartofla süfrəyə verilən soyuq borşdur və təkcə Belarus mətbəxində deyil, həm də polyak və Litva mətbəxlərində 18-ci əsrin sonlarından məşhurdur.

Image result for Belarus kartof babkası

Belarus mətbəxi yəhudi mətbəxinə çox şey borcludur. 19-cu əsrdə yəhudi təsiri daha çox babka kimi alman mənşəli kartof yeməklərinin Belarus mətbəxinə gətirilməsində özünü göstərirdi.  Amma bu mübadilə qarşılıqlı idi, Şərqi Avropa yəhudilərinin kartofdan hazırlanan yastı kökəşəkilli məşhur bulbe latkeləri Belarus mətbəxindəki dranikidən götürülmüş ola bilər.

Belarus mətbəxinə təsir edən digər mühüm etnik qrup Lipka tatarlarıdır. Onların mətbəxi içi doldurulmuş xəmir xörəkləri, qoyun əti və tərəvəzdən hazırlanan xörəklərlə zəngin idi.

 

Aydan Kərimli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir