geyim

Bu qışın ən dəbli dueti

Baxış sayı: 1. 391

Qadın qarderobunun zəruri elementi olan yubka ilin bütün dövrlərində sizə təbii gözəlliyi və incəliyinizi vurğulamağa kömək edir. Odur ki, qışın soyuğundan qorxaraq yubkadan imtina etmək, onu şalvarlarla və ya cinslərlə əvəz etməyə dəyməz. Moda evləri qış üçün daha qalın, enli, eyni zamanda olan variantlar istehsal edib.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, bu mövsümün qarderobun ən trend dəsti: sviter + yubkadır. Bu duet nə fəşn blogerlərin, nə də ulduzların diqqətindən qaçmayıb.

Viktoriya Bekhem və Oliviya Palermo sviter + yubka birləşməsini çox böyük ustalıqla tamamlayıb. Qeyd edək ki, indi sviterlərin daha geniş modelləri çox aktualdır, bəli, onlar daha dəbli və effektli təsir bağışlayır.

1. Sviter + yun, dəri, trikotaj və ta tvid yubka

Havanın temperaturu aşağı düşəndə, biz avtomatik olaraq yun və daha qalın materiallar axtarırıq. Düzgün obraz yaratmaq üçün yun, zamşa, tvid və ya dəri kimi materiallarda olan yubkalar seçin.

2. Yun sviter + yüngül yubka

Yüngül materialdan olan yubkaları qışda uzunboğaz çəkmə və yun sviterlərlə birləşdirib uğurlu dəst yaratmaq olar. Fakturaların bu ziddiyyət maraqlı görünür və güclü vizual effekti dərhal seçir.

Dizə qədər uzanan sviterlərin təkbaşına darıxdırıcı göründüyünü düşünürsünüzsə, onları nazik yubkalarla uzlaşdırın. Xüsusilə nazik parçadan olan krujeva, şifon və ya ipək yubka sviterin həcmini vizual olaraq azaldacaq və qış obrazına bir qədər romantika qatacaq. Bundan əlavə, bu cür kombin dolu bədənli xanımların qüsurlarını ideal şəkildə gizlədir. Şübhəsiz ki, bu fənddən nümunə götürməyə dəyər.

3. Sviter + mini yubka

Mini yubkalar hər sviterlə uzlaşmır. Bədənə kip oturan dar sviterlər kobudluğa gedən “düzgün” yoldur. Qalın və bir qədər boş sviter ən yaxşı variant olacaq. O, qısa, eyni zaman həcmli ola bilər. Boş fasonlara diqqət yetirin. Nazik sviterlər ilə müqayisədə boş və qalın sviter arxayınçılıq duyğusu yaradır. Əgər obraza cəsur notlar əlavə etmək istəyirsinizsə, dəri yubka seçin.

4. Sviter + asimmetrik kəsimli yubka

Darıxdırıcı görünmək istəmirsiniz? Assimerik kəsimli yubkaları sınaqdan keçirin. Dəstdə asstimetrik detal bir olmalıdır. Bu, ya yubka, ya da sviter ola bilər. Məsələn, çiyni açıq və ya kənarlarında yarığı olan sviter obraza artıq müəyyən dinamika gətirəcək.

5. Sviter + ağ yubka

Kim deyib ki, açıq rəngli yubkanı yalnız yayda geymək olar? O, qışda da gözəl görünür, obrazı daha yüngül və havalı edir. Uğurlu dəstin yaradılmasında çəkmə seçimi vacib məqamdır. Bu, ağ çəkmə, botilon, ağ krosovka və ya kobud hərbiçi çəkməsi ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir