NAR QOVURMASI

Nar qovurması necə hazırlanır?

Baxış sayı: 1. 355

Son vaxtlar süfrələrimizdə görməyə alışdığımız yeməklərdən biri olan nar qovurması artıq təkcə bayram günlərində yox, adi vaxtlarda da hazırlanır. Grtdikcə populyarlıq qazanan nar qovurmasının hazırlanma qaydası demək olar ki, artıq qadınların böyük əksəriyyəti üçün maraqlıdır. Bu səbəbdən nar qovurmasının bişirilmə qaydasını  təqdim edirik.

 

 Lazım olacaq ərzaqlar:

-kərə yağı

-soğan

-quzu əti

-dənələnmiş nar

-narın suyu

-nardança (nar palçığı da deyilir)

-təmizlənmiş və bişirilmiş şabalıd

-zövqə görə duz

 

İlk öncə əridilmiş kərə yağı tökülür və üstünə yarı-halqa şəklində kəsilmiş soğan əlavə olunur. Zövqə görə duz qatılıb soğanın “ölməsi” gözlənilir. Daha sonra quzu əti, dənələnmiş nar, şabalıd, nar suyu və nardança sıra ilə əlavə olunur. Hər birindən sonra yemək ehmalca qarışdırılır.

Narın turş və ya şirin olmasının heç bir fərqi yoxdur. Adından da göründüyü kimi, yeməyə nə qədər çox nar əlavə olunsa, bir o qədər yaxşıdır.

Adətən bayram yeməklərini hazırlamağın çox vaxt tələb edəcəyini düşünürük. Nar qovurması isə çox rahat ərsəyə gələn yeməklərdən biridir. Yanına isə istədiyiniz qarnirdən istifadə edə bilərsiniz. Nəfis qoxusuna bütün qonşuların yığılacağına da əminik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir